Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın ABŞ-da prezidentliyə namizəd Co Baydenin “Twitter”dən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı paylaşımına münasibət bildirib.
Rakus.az xəbər verir ki, o, Baydenin “Dağlıq Qarabağda və onun ətrafında insan itkiləri sürətlə artdığı zaman Tramp rəhbərliyi dərhal Ermənistan və Azərbaycan liderlərini gərginliyi azaltmağa çağırmalıdır. Eyni zamanda, Türkiyə kimi ölkələrdən atışmanın kənarında qalmaları tələb edilməlidir” paylaşımına “Ermənistandan da işğala son verməsini istərdinizmi? Yoxsa sadəcə erməni lobbisinin qaralama kampaniyalarına təslim olacaqsınız?”, – sualla cavab verib.
Would you ask Armenia to end the occupation too? Or would you simply cave in to the smear campaigns of the Armenian lobby? @JoeBiden https://t.co/uJseILQbDx
— Ibrahim Kalin (@ikalin1) September 30, 2020