İzmirdə baş vermiş 6,6 bal gücündə zəlzələdən 58 saat sonra 14 yaşlı qız dağıntılar altından sağ çıxarılıb.
Rakus.az xəbər verir ki, bnunla bağlı Haber7.com məlumat yayıb.
Bildirilib ki, İzmirin Bayraklı qəsəbəsində xilasedicilər hündürmərtəbəli binanın dağıntıları altından səs eşidiblər.
Axtarış-xilasetmə işlər nəticəsində 14 yaşlı İdil Şirin yaralı halda dağıntılar altından çıxarılıb.
Bununla da dağıntılar altından yaralı halda xilas edilənlərin sayı 105-ə çatıb.