İdlibdə 5 türk əsgəri öldürüldü
Suriyanın hökumət qüvvələri tərəfindən 5 türk əsgəri öldürülüb, digər 5 əsgər isə yaralanıb.
Rakus.az xəbər verir ki, Türkiyənin Müdafiə Nazirliyinin bildirdiyinə görə, hücum Türkiyənin Taftanaz bölgəsindəki hərbi postunda həyata keçirilib.
Türkiyə Suriyanın hücum törədilən İdlib regionuna çoxsaylı hərbi qüvvə yerləşdirib. Ankara Suriyanın hökumət qüvvələrinin irəliləməsinə mane olmağa çalışır.
Türkiyə rəsmilərinin bildirdiyinə görə, qüvvələr hücuma cavab verib.
İdlib prezident Bəşar Əl-Əsədə müxalif son bölgədir.
Suriya qüvvələrinin bölgədə irəliləməsi yarım milyon insanı didərgin salaraq, Türkiyə sərhədlərinə köçməyə vadar edib. Bölgədə yeni humanitar böhran təhlükəsi mövcuddur.
Rəqib mənbələr Suriya qüvvələrinin türk postuna hücuma keçdiyini təsdiqləyib. Türkiyə vertolyotları ilə yaralılar daşınıb.
3.6 milyon Suriya qaçqınına sığınacaq verən Türkiyə əlavə qaçqın qəbul edə bilməyəcəyini bildirib və Suriya qüvvələrinin geri çəkilməsini tələb edib.
Xəbərdarlıq edilib ki, Suriya qüvvələri ayın sonundək geri çəkilməsə, Türkiyənin hücumları ilə üzləşəcək.