Dünya 26.04.2019 15:10

İƏT Bakı Mərkəzi Kazanda forum keçirdi - FOTO

21-25 aprel tarixlərində Kazan şəhərində İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya Regional Mərkəzi (İƏT Gənclər Forumu Bakı Mərkəzi) və Tatarıstan hökumətinin birgə təşkilatçılığı ilə İƏT gənc iş adamlarının 5-ci forumu keçirilib.

Rakus.az xəbər verir ki, İƏT-dən verilən məlumata görə, forum 11-ci “Rusiya-İslam Dünyası” Biznes Forumunun rəsmi tədbiri kimi baş təşkil olunub.

Forumun sonuncu günündə tədbirin təntənəli bağlanış mərasimində Tatarıstan prezidenti Rüstəm Minnixanovun, Malayziyanın sahibkarlıq naziri Mohd Redzuan Yusufun və İslam Əməkdaşlıq Gənclər Forumunun (İƏGF) sədri Taha Ayhanın iştirak etdiyi mərasimdə müsəlman ölkələrindən qalib startap müəlliflərinin seçimi baş tutub.

Mərasimdə forumun həmtəşkilatçısı qismində çıxış edən İƏT Gənclər Forumu ARM-nin baş direktoru Elməddin Mehdiyev forumun yüksək səviyyədə keçirildiyinə görə Tatarıstan Prezidenti və hökumətinə dərin təşəkkürünü bildirib, eləcə də 5-ci dəfə keçirilən foruma bu günədək 9 mindən artıq startap layihəsinin təqdim olunduğunu, onlardan 600-dan yuxarı startapçıya təlimlər verildiyini, bu layihələr çərçivəsində investisiya proqramlarında 200-dən çox startap komandasının və 500-ə yaxın gənc iş adamının iştirak etdiyini qeyd edib.

Bu tədbirdə İƏT üzv ölkələrindən olan 500-ə yaxın gənc iş adamının müraciətləri əsasında seçilmiş 25 ölkəni təmsil edən 50-dən çox iştirakçı və 35 startap komandası 5 gün ərzində keçirilən təlimlərdə iştirak ediblər.

Tədbir çərçivəsində İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzi, Britanıya Birliyi (Commowealth) Gəncliyi Şurası və Tatarıstanın aparıcı gənclər hərəkatı olan “Sələt” arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb.

Tədbirlər çərçivəsində, həmçinin İƏT Gənclər Forumu ARM-nin baş direktoru Elməddin Mehdiyev və Tatarıstanın gənclər naziri Dəmir Fəttahovla keçirilən görüşdə gələcək əməkdaşlığın əsas istiqamətlərini müzakirə ediblər. Görüşdə, həmçinin Tatarıstan Gənclər Nazirinin müavini Timur Suleymanov və İƏT Gənclər Forumu ARM İdarə Heyətinin üzvü, Tatarstanın “Sələt” Gənclər Hərəkatının sədri Aygül Qabdrəhmanova iştirak ediblər.

İƏT Gənc İş Adamları Şəbəkəsi 2011-ci ildə İƏT Gənclər Forumunun təşəbbüsü ilə Bakı şəhərində təsis edilib. Qurumun əsas məqsədi İƏT ərazisində gənc iş adamlarının fəaliyyətinə dəstək göstərmək, onların geniş və əməli koordinasiyanı həyata keçirməkdir.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS