İki ölkə COVID-19-a qarşı birgə peyvənd hazırlayır
Rusiya İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı üzrə Federal Xidmətinin (“Rospotrebnadzor”) rəhbəri Anna Popova və Türkiyə Səhiyyə nazirinin müavini Əminə Alp Meşə koronovirus infeksiyası ilə mübarizə məsələlərini müzakirə ediblər.
Rakus.az xəbər verir ki, tərəflər, həmçinin koronavirusa qarşı peyvənd hazırlanması ilə bağlı məsələləri də nəzərdən keçiriblər. Rusiya və Türkiyə rəsmiləri qeyd ediblər ki, hər iki ölkədə epidemiyaya qarşı görülən kompleks tədbirlər infeksiyanın geniş yayılmasının qarşısını alır. Türkiyə tərəfi Rusiya ilə koronavirusa qarşı peyvənd hazırlanması üzərində işləməyə hazır olduğunu vurğulayıb. Görüşdə alimlərin və ekspertlərin məsləhətləşmələr keçirməsinə dair razılıq da əldə edilib.
Xatırladaq ki, mayın 18-də Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı zamanı koronavirusun müalicə metodlarının və peyvənd hazırlanması sahəsində əməkdaşlığın vacibliyi qeyd olunmuşdu.