İlon Mask əmlakını satışa çıxardı
Amerikalı iş adamı, “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask bütün əmlakını satışa çıxardığını bəyan edib.
Rakus.az xəbər verir ki, o “Twitter” səhifəsində yazıb.
“Mənim evim olmayacaq. “Tesla”nın səhmləri çox bahadır. Bu bəyanatdan sonra şirkətin səhmləri 7,1 faiz azalaraq 711,5 ABŞ dollarına qədər düşüb. Eyni zamanda, Mask Cim Vaylderin köhnə evini (“Villi Vonka və şokolad fabriki” filmindəki baş rolun ifaçısı, 2016-cı ildə vəfat etmiş Cerom Silberman) satmayacağını, əks halda “ruhunu itirəcəyini”, – o bildirib.
Xatırladaq ki, Mask və ABŞ-ın Qiymətli Kağızlar və Birjalar Komissiyası “Tesla”nın vəkillərinin razılığı olmadan iş adamının şirkət haqqında tvit paylaşmaq hüququnun olmaması barədə müqavilə imzalayıblar. Eyni zamanda, o, 20 milyon ABŞ dolları məbləğində cərimə ödəyərək üç il müddətinə “Tesla” şirkətinin idarə heyətinin sədri vəzifəsindən uzaqlaşdırılıb.