Education HUB-ın “İnkişaf Zamanı” proqramı çərçivəsində həyata keçirilən “İncəsənət sosial inkişafda vasitə kimi” təlimlərinin birinci mərhələsi başa çatıb.
Rakus.az xəbər verir ki, Qubada bir həftə davam edən təlimlər zamanı Azərbaycanın bölgələrindən olan gənclər müxtəlif incəsənət vasitələri – forum teatrı, bir cümlə atışı, sosial video və fotoqrafiya, eləcə də digər sahələr barədə ətraflı biliklər əldə ediblər. Gənclər incəsənət vasitəsilə sosial inkişafa dəstək üçün müxtəlif layihə ideyaları hazırlayıblar.