“İnstaqram” səhifəsini çirkli işlədənlər… - FOTO
Xalq artisti Brilliant Dadaşovanın “İnstaqram”ında özünə aid olan bir dənə səliqəli foto görmək mümkün deyil. Müğənni gah arxiv görüntülərini, ya keyfiyyətsiz fotolarını, ya da fərqli məlumatlar yayımlayır. Hamısı da keyfiyyətsiz formada. Digər tərəfdən isə Dadaşovanın yazdığı şərhlər diqqət çəkir. Qrammatik səhvlərlə dolu olan cümlələri bəzən başa düşmək çox çətin olur.
İnstaqramı çirkli işlədən sənət adamı deyəndə, ağla ilk müğənni Nigar Camal gəlir. Sənətçi öz fotolarından çox pozitiv videolar, şəkillər paylaşır. Nigar hətta çox vaxt ünvanına yazılan tənqidləri də bağlamır.
Müğənni-bəstəkar Murad Arifi də İnstaqramı çirkli olanlar sırasına daxil edə bilərik. Sənətçi daha çox çəkdiyi videoları yayımlayır. Fotolarının əksəriyyəti isə keyfiyyətsiz olur.
İnstaqramda ən çirkli səhifəsi olanlar sırasında yarış keçirilsə, yəqindi Əməkdar artist Rühəngiz Allahverdiyeva rekorda imza atardı. Müğənni daha çox öz fotolarını yayımlayır. Amma onlar arasında bir dənə də olsun keyfiyyətlisi yoxdur.
Əməkdar artist Ruhəngiz Musəvinin də İnstaqram səhifəsi zibil qutusuna bənzəyir. Müğənni arxiv və keyfiyyətsiz şəkilləri ilə hər gün izləyicilərinin görüşünə gəlir.
Əməkdar artist Elza Seyidcahan da İnstaqram səhifəsini çirkli işlədənlərdəndir. Müğənni daha çox əlavə videolar yayımlayır. Öz şəkillərini yerləşdirəndə isə onların keyfiyyətinə heç əhəmiyyət vermir.
Müğənni Xatun Əliyeva da İnstaqram profilində səliqə-səhmana fikir verməyənlərdəndir. Nə gəldi paylaşan sənətçinin öz fotolarının da əksəriyyəti səliqəsiz olur.
Müğənni Nadir Qafarzadənin İnstaqram səhifəsində bir dənə də olsun təmiz fotosunu tapmaq mümkün deyil. Sənətçi videolar, keyfiyyətsiz şəkillər yayımlayır. Öz şəxsi fotolarını isə o qədər fotoşop edir ki, elə bil üzünə tor çəkiblər. Hələ Qafarzadə paylaşımlarının əksəriyyətini silir.
Əməkdar artist Könül Kərimova İnstaqram səhifəsində tez-tez paylaşım etməsə də, çox izləyicisi olanlar sırasındadır. Müğənni bəzi hallarda keyfiyyətli fotoları ilə diqqət çəksə də, əksər paylaşımları çirklidir.
Müğənni Xatirə İslamı da bu siyahıya daxil edə bilərik. İfaçının İnstaqramını açanda öz sənəti ilə bağlı paylaşımlardan çox reklamlara rast gəlinir. Öz fotolarını belə yayımlayanda Xatirə ya paltarını, ya saçını, ya da ayaqqabı və çantasını reklam edir. Müğənninin İnstaqramı reklam bilbortlarını xatırladır.
Müğənni-bəstəkar Ramal İsrafilovun İnstaqram səhifəsindən isə heç baş açmaq olmur. Sənətçinin öz fotosunu burada lupa ilə axtarsan bəlkə tapa bilərsən. Ramal daha çox videolar yayımlamağa üstünlük verir.
Müğənni Natavan Həbibinin də İnstaqram səhifəsindən baş açmaq qəliz məsələdir. Müğənni şəxsi və keyfiyyətli fotolarını çox az paylaşır. Daha çox övladının və reper həyat yoldaşının videolarını yayımlayan natavan da keyfiyyətə önəm vermir.
Əməkdar artist Sevda Ələkbərzadə isə paylaşımlarının ağına, bozuna baxmır. Onun İnstaqram səhifəsi müğənnidən çox, bir bloqqerin, həvəskar jurnalistin divarını xatırladır.