“İnterneti söyüş meydanına çevirməyin…” - VİDEO
Xatirə deyib ki, izləyicilər yalnız başlıqları oxuyub fikir bildirirlər:
“Xəbər səhifələrindəki başlıqları yox, xəbərin içini oxuyun. 2 dəqiqə vaxt alacaq. Qulaq asın və ürəyiniz nə qədər istəyir məni söyün. İnsan yazının içini bilmədən necə söyə bilər? Niyə İnstaqramda bir-birinizi söyürsünüz? Müğənniləri təhqir edir, söyürsünüz.
Baxıram, yazırlar ki, nə yaxşı toylar olmayacaq. Onu necə yazırsız? Bilirsiz, müğənnilərin ətrafında nə qədər kömək etdiyi insanlar var? Nə qədər musiqiçilərin, restoranda çalışan ofisiantlar, qabyuyanlar, mühafizəçilər, bazarda ərzaq işləyənlərin balası ac qalır? Toyun dayanması təkcə müğənniyə aid deyil. Qızıl satanın, fotoqrafın, bazarda ərzaq, ət satanın da işi getmir. Yanvardan bu yana toy bazarında nə qədər zəiflik var. Mənim də kömək etdiyim ailələr var. İndi də dayandırmıram, edirəm. Bunu edən insanlara necə söyürsünüz? Bilirsiz, müğənnilərin kömək etdiyi ailə üzvləri nə qədərdir?
Yardım edən insanların ürəyini sındırmayıb, onları bu işdən soyutmayın. İnsanları tıncıxdırırsınız. Onda da biz yaxamızı kənara çəkirik ki, nə işimə qalıb. Dünyanın hər yerində kasıb insan var. Guya, xaricdə dilənçi, yolçu yoxdur? Amma “İnstaqram”da bir-birinin xoş gününə sevinməmək, uğurunu həzm etməmək bizdədir”.
Daha sonra sənətçinin həyat yoldaşı Fəxrəddin bəy canlı yayıma qoşularaq “Nəsə yazanda fikirləşin. Gedin əvvəl özünüzü düzəldin, sonra başqasının gözündə tir axtarın. Ancaq sizsiniz, başqalarına nə istəsəniz deyə bilərsiz, hamı səhvdir? Yox… Hamının evi də, bayırı da var. İnterneti söyüş meydanına çevirməyin” sözlərini söyləyib.