Dünya 27.09.2019 16:23

İntihar edən general-polkovnik sirrləri açdı

“Ordu isə İrəvan küçələrində ictimai asayiş qaydalarının pozulması baş verdikdə peyda olub. Bunun fövqəladə vəziyyət elan edildikdən sonra, yoxsa əvvəl baş verdiyini isə deyə bilmərəm. Artıq vəziyyətin ciddi olduğu 1 mart tarixində dəqiq vaxtını deyə bilməsəm də, həmçinin mənə də bildirildi ki, İrəvan şəhərində ictimai asayişin qorunmasına və koordinasiya edilməsinə Yuri Xaçaturov rəhbərlik etməli və hamı ona tabe olmalıdır”.

 

Rakus.az xəbər verir ki, 1999-2008-ci illərdə Ermənistan polis rəisi olan, bir neçə gün öncə yaşadığı evdə ölü tapılmış general-polkovnik Hayk Harutyunyanın “1 Mart” hadisələrinə görə verdiyi ifadəni təqdim edir:

“Xatırladığım qədər 28 fevral ya 29 fevral tarixində həmin dövrdəki Milli Təhlükəsizlik Xidmətinin rəisi Qorik Hakobyan mənimlə əlaqəyə çıxaraq, Azadlıq meydanında silah-sursat cəmləşdirildiyi və təxribat fəaliyyətlərinin törədilməsi ehtimalının olduğu barədə əməliyyat məlumatı daxil olduğunu bildirib. Bu məlumatı alan kimi mən, Armen Yeritsyana göstəriş verdim ki, bir əməliyyat bloku ilə MTX-dən daxil olan məlumatların həqiqiliyini yoxlasın. Armen Yeritsyan mənə məruzə etdi ki, həqiqətən reallıqda Azadlıq meydanında silah-sursat cəmləşdirilməsi barədə informasiya var.

Belə bir məlumat aldıqdan sonra 29 fevral tarixində müşavirə keçirdim və sərəncam verdim ki, sabah tezdən Azadlıq meydanında silah-sursat varlığı barədə ərazinin yoxlanışı həyata keçirilsin. Göstərişin icra edilməsini Armen Yeritsyanın rəhbərlik etdiyi əməliyyat blokuna həvalə etdim. Xidmət blokunu isə Saşa Afyana həvalə etdim. Afyan xidmət bloku ilə bilikdə Azadlıq meydanını mühasirəyə almalı, əməliyyat bloku isə müvafiq qurumların timsalında ərazi yoxlaması həyata keçirməli idi.

Mən göstəriş verdim ki, ərazi yoxlaması həyata keçirən qüvvələr Azadlıq meydanına xüsusi vasitələr olmadan daxil olsunlar. Çünki xüsusi vasitələrlə daxil olan halda ərazi yoxlaması keçirilə bilməzdi. Azadlıq meydanında nəisə partlada biləcəkləri məni narahat edib. Baş verə biləcək partlayış nəticəsndə yaralalanan şəxsləri də fəaliyyətdə olan hakimiyyətin üstünə ata biləcəklərindən ehtiyat etdim.

Tədbirə başlayanadək Qorik Hakobyan informasiya sızıntısının baş verdiyi, Azadlıq meydanında keçiriləcək yoxlama tədbirindən xəbərdar olduqlarını bildirib. Artıq mart 1-də tezdən Saşa Afyan mənə məruzəsində bildirdi ki, Azadlıq meydanında polis qüvvələrini artıq öncədən gözləyirdilər və ərazi yoxlamasını keçirmək mümkün olmayıb. Bildirilib ki, polislər və nümayişçilər arasında toqquşma baş verib. Bundan sonra ərazinin yoxlanışını həyata keçirə bilmək üçün nümayişçiləri Azadlıq meydanından kənarlaşdırıblar.

Meydan mühasirəyə alınıb, bundan sonra istintaq və əməliyyat tədbirləri həyata keçirilib. Nəticədə müxtəlif növ silah və sursat aşkar edilib. Bundan sonra mənə məruzə edildi ki, nümayişçilər İtaliya səfirliyinin binası qarşısında toplaşırlar. Mən sərəncam verdim ki, ictimai asayişi qorumaq məqsədilə həmin əraziyə polis qüvvələri göndərilsin.

Həmçinin qeyd edim ki, polis nümayişləri dağıtmaq niyyətində olmayıb. Yalnız daxil olan əməliyyat məlumatının reallığını yoxlamaq məqsədilə əraziyə baxış keçirmək niyyətində olub. Əraziyə baxışdan sonra nümayişçilərin geri qayıdaraq Teatr meydanında öz nümayişlərini davam etdirə biləcəklərinə dair sərəncam verdim.

Myasnikyanın heykəlinin yanında gedərək, nümayişçilərin sayı artmağa başlayırdı, bundan sonra ətrafdakı xidmətə nəzarət edən polis rəhbərliyi nümayişlərin rəhbərləri ilə danışıqlar aparmağa başladılar. Məqsəd nümayişlərin keçirilmə yerinin, ya Matenadaranın qarşısına, yaxud İrəvandakı digər ərazilərə köçürmələrinə razı salmaq olub.

Eyni zamanda deyilib ki, Opera meydanına getmək mümkün deyil,çünki orada istintaq və əməliyyat tədbirləri davam edir. Nümayişlərin rəhbərləri ilə ilkin olaraq mitinqlərin Matenadaran qarşısında keçirilməsinə razılıq əldə edildiyinə dair mənə məruzə olunduğunu xatırlayıram. Polis qüvvələri isə həmin ərazidən geri çəkilmişdi. Lakin Levon Zurabyan müdaxilə edib və mitinqlərin Matenadaran qarşısında keçirilməsindən imtina edib.

Həmin vaxt mən, Saşa Afyana göstəriş verdim ki, Levon Ter-Petrosyanla söhbət etsin və onu İtaliya səfirliyi qarşısına gələrək, xalqı sakitləşdirməyə, gərgin vəziyyəti zəiflətməyə razı salsın. Lakin daha sonra mənə məruzə edildi ki, Levon Ter-Petrosyan gəlməkdən imtina edib.

Polis bölmələrinin Myasnikyan heykəli və ona yaxın ərazilərdən, o cümlədən şəhər meriyası və Sundukyan adına teatr yanından çıxarılmasından sonra asayişin pozulması halları başlayıb. Polis maşınları yandırılıb və polislərlə toqquşmalar baş verib. Bundan sonra nümayişçilər avtobuslarla və nəqliyyat vasitələri ilə Qriqor Lusavoriç küçəsini bağlayıblar. Daha sonra mənə məruzə olundu ki, Myasnikyan heykəlinin yanına səs ucaldanlar gətirilib. Nümayişçilərin liderləri çıxışlar edir. Vəziyyət getdikcə gərginləşirdi. Maştots küçəsində avtomobilləri yandırmağa başladılar.

Asayişin pozulmasının genişlənməsinin qarşısını almaq məqsədilə axşamüstü polis qüvvələrinin balıq dükanı yaxınlığında cəmləşdirilməsinə sərəncam verdim. Həmin vaxt ümumi polis qüvvələrinə rəhbərlik etməyi Armen Yeritsyana həvalə etmişdim. Bundan sonra məruzə edildi ki, polis qoşunları ilə nümayişçilər arasında toqquşmalar baş verir. Məruzə edildi ki, ilk toqquşma zamanı atılan qumbaranın partlaması nəticəsində polis qoşunları bölüyünün komandiri Hamlet Tadevosyan ölüb. Həmin vaxt mən, polis qoşunları komandanı Qriqor Qriqoryana göstəriş verdim ki, istənilən yolla toqquşmalardan yayınsınlar.

Qeyd edim ki, polis qoşunları komandanı Qriqor Qriqoryan mənə məruzə edib ki, toqquşmalardan yayınmaq üçün mitinqçilərlə öz aralarında tel əngəlləri qurmağa çalışıblar. Lakin buna nail ola bilməyiblər, çünki nümayişçilər tel əngəlləri olan avtomobili hücum edərək, ələ keçiriblər.

Həmçinin məruzə edib ki, polis qoşunlarına metal konstruksiyalar, kirpi, molotov kokteyli və daşlar atırlar. Qriqor Qriqoryan, həmçinin məruzə edib ki, nümayişçilərin öz üzərlərinə necə atəş etdiklərinin də şahidi olub. Yəni mülki geyimli şəxslər avtomatdan nümayişçilərə doğru atəş edib.

Həmin vaxt mənə polis əməkdaşları arasında böyük sayda yaralı və ölənlərin olması barədə məruzə edilirdi. Polis əməkdaşları arasında öldüyü məruzə olunan sonuncu şəxs Tiqran Abqaryan olub. O, Leo küçəsində qurşaq nahiyyəsindən odlu silah yarası almışdı.

Artıq saat 22:30 radələrində Ermənistan prezidenti tərəfindən fövqəladə hal elan olunması barədə əmr imzalandı. Əmrə əsasən fövqəladə hal vəziyyətində asayişin qorunması Ermənistan Müdafiə Nazirliyinin silahlı qüvvələrinə həvalə edilirdi. Fövqəladə vəziyyət elan edildikdən təqribən 1 və ya 2 saat sonra vəziyyət getdikcə sabitləşdi. Növbəti gün artıq mən polis hospitalına səfər etdim. Həmin vaxt hospitalda çox sayda polis əməkdaşları müalicə olunurdu. Həmin gün, yoxsa növbəti gün polis hospitalına prezident Robert Köçəryan da səfər edib.

Sual: Təklif edirəm ki, deyəsiniz, 2008-ci ilin 23 fevral tarixində və ya ondan sonrakı 1 mart tarixinədək olan müddət ərzində Ermənistan prezidenti yanında keçirilən hər hansı müavirədə iştirak etmisiniz,ya yox? Əgər iştirak etmisinizsə, o halda keçirilən müşavirənin detallarını xüsusilə kimlər iştirak edib, müşavirənin keçirilməsinə zərurət və məqsəd nə olub, hansı məsələlər və problemlər müzakirə edilib, hansı qərarlar qəbul edilib, Ermənistan polisinə, yaxud digər dövlət orqanlarına, o cümlədən Ermənistan SQ-yə hansı göstərişlər verilib və qoyulan tapşırıqların icrası üçün qeyd edilən orqanlar arasında əməkdaşlıq necə olmalı idi, danışın.

Cavab: Prezident iqamətgahında 23 fevral tarixində keçirilən müşavirədə iştirak etmişəm. Qeyd edilən müşavirəyə prezident Köçəryan güc strukturlarının rəhbər heyətini dəvət edib. Mən də müavinlərimlə müşavirədə iştirak etdim. Prezidenti narahat edən, SQ-dən daxil olan məlumatlara görə nümayişçilərə qoşulanlar vardı, o cümlədən MN-in müavinləri Qaqik Melkonyan və Manvel Qriqoryanın nümayişçilərə qoşulduqlarına görə toqquşmaların baş verməməsi üçün yaranmış vəziyyət olub. Buna görə də prezidentin tələbi idi ki, zabitlər daxili siyasi hadisələrə müdaxilə etməsinlər, yaxud sistemdən çıxsınlar və bundan sonra siyasi proseslərdə iştirak etsinlər. Neytrallığı qoruyub saxlamağı tələb edirdi. Həmin dövrdə baş tutan başqa müşavirə xatırlamıram.

Sual: Qeyd edilən müddət ərzində İrəvan şəhərində seçkidən sonra baş tutan proseslərdə və hökm sürən vəziyyətin daxili siyasi gərginliyi haqqında kimə məruzə etmisiniz? Hansı sürətlə və hansı göstərişləri almısınız?

Cavab: İrəvan şəhərində yaranmış vəziyyət barədə Serj Sarkisyana da, Robert Köçəryana da məruzə etdim. Nümayişçilər tez-tez yürüşlər təşkil etdiklərinə, vətəndaşlarla aralarında toqquşmalar baş verdiyinə və reklam plakatlarını sındırma halların olduğuna görə məruzə mövzusu olaraq bildirirdim. 1 mart tarixində səhər tezdən Azadlıq meydanında keçirilən tədbirə gəldikdə isə bu barədə yalnız prezident Robert Köçəryana məruzə etdim, baş nazirə məruzə etmədim. Prezidentə MTX rəhbərindən Azadlıq meydanında silah-sursat cəmləşdirilməsi haqqında məlumat aldığımı və daxil olan məlumatın gerçəkliyini yoxlamaq üçün göstəriş verdiyimi məruzə etdim. Əgər təsdiq edilərsə, o halda daxil olaraq ərazinin yoxlanılması və aşkar edilməli olduğunu bildirdim. Bu vaxt Köçəryan mənə deyib ki, bu barədə Qorik Hakobyan ona məruzə edib. Daha sonra toqquşmalar baş verməməsi üçün ərazi yoxlanılmasının necə həyata keçiriləcəyi ilə maraqlanıb. Mən bildirdim ki, ərazi yoxlanılmasına silahsız və xüsusi vasitələr olmadan daxil olacaqlar. Bunu həmin günlər ərzində daim nümayişçilərlə təmasda olan və onlarla kontakta daxil olmağı bacaran Afyanın icra edəcəyini bildirdim. Xatırladığım qədər, əgər səhv etmirəmsə, Azadlıq meydanı tədbirlərində həmçinin Milli Təhlükəsizlik Xidmətinin bir neçə hərbi qulluqçusu da əlavə qüvvələr kimi iştirak edib.

Sual: Müdafiə naziri Mikayel Harutyunyan tərəfindən verilən 2008-ci il 23 fevral tarixli 0038 nömrəli tam məxfi əmr və onun məzmunu ilə tanışsınız? Əgər tanışsınızsa, bu əmr sizə nə vaxt məlum olub, silahlı qüvvələrin kazarma vəziyyətinə keçirilməsində məqəsd nə olub, bununla hansı problemlər həll edilirdi?

Cavab: Qeyd edilən əmr haqqında mən yalnız bir neçə ay öncə sizin tərəfinizdən həyata keçirilən nəticələrin sosial şəbəkələrdə yayımlamasından sonra xəbər tutdum. O vaxtadək qeyd edilən əmr barədə heç bir məlumatım olmayıb.

Sual: 2008-ci ilin “1 Mart” hadisələrindən öncəki günlər, hələ 2008-ci il 23 fevral tarixində Mikayel Harutyunyan tərəfindən məzmunu daha sonra mətbuatda yayımlanan 0038 nömrəli tam məxfi əmr imzlanıb. Bu əmrlə, prezident tərəfindən fövqəladə vəziyyət elan olunması haqqında 01.03.2008-ci il tarixində əmri verilənədək, artıq ordu tam tərkibdə siyasi proseslərə müdaxilə etdi. Silahlı qüvvələrin müxtəlif bölmələri 23-24 fevral tarixi gecəsi daimi dislokasiya məntəqələrindən artıq çıxarıldı və paytaxt və ya ətraf yaşayış məntəqələrində dislokasiya olunan hərbi hissələrdə yerləşdirildilər. Həmin hərbi hissələrdə 1 mart tarixinədək məlum toplama taborlarının şəxsi heyəti polis əməkdaşları ilə təlimlər keçirərək, nümayişlər zamanı həyata keçirilən fəaliyyətləri, o cümlədən nümayişin dağıdılması və nümayişçilər daxilindəki fəalların neytrallaşdırılmasını öyrənirdilər. Bundan sonra hələ 28 fevral tarixində qeyd edilən toplama taborları İrəvan şəhərinin mərkəzi küçələrinə gətiriliblər.

Cavab: Artıq qeyd etdiyim kimi, 0038 nömrəli tam məxfi əmr haqqında son aylar məlumatım olub və hələ fevral ayında İrəvan şəhərinə silahlı qüvvələrin bölmələrinin təxliyyə edildiyindən xəbərim yoxdur. SQ-nin şəxsi heyətinə polis əməkdaşları tərəfindən təlimlərin təşkili və keçirilməsinə gəldikdə isə belə bir məqamın olduğunu xatırlamıram. Ancaq xatırladığım qədər belə bir şey baş verməyib. Ordu isə İrəvan küçələrində ictimai asayiş qaydalarının pozulması baş verdikdə peyda olub. Bunun fövqəladə vəziyyət elan edildikdən sonra, yoxsa əvvəl baş verdiyini isə deyə bilmərəm. Artıq vəziyyətin ciddi olduğu 1 mart tarixində dəqiq vaxtını deyə bilməsəm də, həmçinin mənə də bildirildi ki, İrəvan şəhərində ictimai asayişin qorunmasına və koordinasiya edilməsinə Yuri Xaçaturov rəhbərlik etməli və hamı ona tabe olmalıdır.

Sual: 2008-ci il 19 fevral tarixində keçirilən Ermənistan prezidenti seçkilərindən sonra fövqəladə vəziyyət elan edilənədək baş verən seçki sonrası hadisələr vaxtı Ermənistan polisi hər hansı şəkildə silahlı qüvvələrlə əməkdaşlıq edibmi, yoxsa yox? Silahlı qüvvələr hər hansı dəstək alıbmı, ya yox?

Cavab: Həmin günlərdə MN ilə hər hansı əməkdaşlıq edilməyib. Artıq qeyd etdiyim kimi vəziyyət çox ciddi olduğuna görə, 1 mart tarixində hətta itkilər də baş verdi, həmin vaxt mənə dedilər ki, ictimai asayişin qorunmasına rəhbərliyi və koordinasiya fəaliyyətlərini İrəvan qarnizon rəisi Yuri Xaçaturov həyata keçirəcək. Müdafiə Nazirliyinə dəstək verilməsinə gəldikdə isə hər hansı dəstək edilməyib”. (Ordu.az)

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO