Dünya 02.10.2019 22:11

İran AİB-ə qoşulmaq istəyir

Avrasiya İqtisadi Birliyinin (AİB) Ermənistanda keçirilən sammitində İran Prezidenti Həsən Ruhani maraqlı təkliflə çıxış edib.

Rakus.az xəbər verir ki, Həsən Ruhani çıxışında birliyə üzv olan dövlətləri İranın tranzit imkanlarından faydalanmağa çağırıb.

İran Prezidenti bildirib ki, İranın körfəz, Oman və Xəzər dənizləri sahillərində böyük infrastruktura malik limanları var. O qeyd edib ki, həmin dənizlərin sahillərindəki Astara, Əmirəbad, Ənzəli, Bəndər-Abbas, İmam Xomeyni, Çabahar limanları istənilən həcmdə yükləri qəbul edib yola salmaq imkanına malikdir. Bu limanlar Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasında mühüm rol oynayır.

Prezident Həsən Ruhaninin çıxışında maraq doğuran məqam ondan ibarətdir ki, adı çəkilən limanlara daxil olan yüklər Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə daşınacaq. Cənub-Şərqi Asiya ölkələri Rusiya və Avropa ilə yük mübadiləsini və idxal-ixrac əməliyyatlarını məhz bu limanlar vasitəsilə həyata keçirəcəklər. Cənub-Şərqi Asiya ölkələrindən İranın Çabahar, Bəndər-Abbas, İmam Xomeyni limanlarına daxil olan yüklər Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu vasitəsilə tranzit olaraq Azərbaycan ərazisindən keçməklə Rusiyaya, oradan isə Qərbi Avropaya daşınacaq.

Məlum olduğu kimi, Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun Qəzvin-Rəşt hissəsi artıq istismara verilib. Yolun Rəşt-Astara hissəsində işlər davam edir. İran Astarası ilə Azərbaycan Astarasını birləşdirən 8 kilometrlik dəmir yolu da iki ildir ki, fəaliyyətə başlayıb və bu yolla İran Rusiya ilə ticarət əlaqələrini davam etdirir.

İran Prezidentinin bu çıxışında irəli sürdüyü təklif öz ölkəsi ilə bərabər Azərbaycanın da xeyrinədir. Ermənistan bölgədə reallaşan digər beynəlxalq iqtisadi layihələrdə olduğu kimi, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizindən də kənarda qalıb.

Xatırladaq ki, İran da AİB-ə qoşulmaq niyyətindədir.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS