İran BAEA müfəttişlərini ölkəyə buraxmır
İran ölkənin Natanzedəki nüvə obyektində uranın zənginləşdirilməsi prosesinin bərpa olunmasından sonra həmin işlərə nəzarət edən Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) müfəttişlərindən birinin akkreditasiyasını ləğv edib.
Rakus.az xəbər verir ki, bu barədə xəbəri “Al-Arabiya” telekanalı yayıb.
İran Atom Enerjisi Agentliyinin məlumatında bildirilib ki, BAEA müfəttişinin akkreditasiyası onun Natanzedəki uranın zənginləşdirilməsi stansiyasına daxil olduğu vaxt siqnalizasiyanın işə düşməsindən sonra ləğv edilib. Onun zavodun ərazisinə “şübhəli material” keçirməsi ilə bağlı şübhələr yaranıb. Bundan sonra İran tərəfi müfəttişi BAEA-nın mənzil-qərargahının yerləşdiyi Vyana şəhərinə yola salıb. İnsident ötən həftə baş versə də, onun barəsində məlumat noyabrın 7-də yayılıb. İranın BAEA-da nümayəndəsinin bu məsələ ilə əlaqədar agentliyə tam hesabat təqdim edəcəyi də bildirilir.
Vyanadakı mənbələr bildiriblər ki, BAEA-nın 35 üzv ölkəsinin iştirakı ilə İranla bağlı təcili iclas keçiriləcək.