İran Fars körfəzi ilə bağlı paktı imzalamağa hazırdır
“İranla bir çox məsələlərdə mövqelərimiz üst-üstə düşür və yaxud mövqelərimiz çox yaxınldılar”.
Rakus.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bu gün iranlı həmkarı Məhəmməd Cavad Zəriflə danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.
O, C.Zəriflə apardığı danışıqlarda İranın nüvə sazişi ətrafında yaranan vəziyyəti müzakirə etdiklərini söyləyib: “Bizim mövqeyimiz məlumdur. Rusiya İranın nüvə sazişi ilə birgə hərtərəfli fəaliyyət planındakı öhdəliklərin yerinə yetirilməsinin və bununla bağlı BMT qətnaməsinin icra olunmasının tərəfdarıdır”.
S.Lavrov C.Zəriflə görüşdə Suriya münaqişəsinin nizamlanması ilə bağlı fikir mübadiləsi apardıqlarını da vurğulayıb: “Astana formatı çərçivəsində Rusiya, Türkiyə və İranın dövlət başçıları səviyyəsində aparılacaq danışıqları müzakirə etdik. Bilirsiz ki, bu görüş sentyabrın ortalarında Türkiyə ərazisində keçiriləcək”.
Rusiyalı nazir Fars körfəzi rayonunda təhlükəsizliyin təmin olunması məsələsinin də müzakirə olunduğunu qeyd edib: “Rusiya və İran Fars körfəzi ölkələrinin regionda vəziyyətin qarşılıqlı qəbul edilən yolla sabitləşməsi ilə bağlı razılığa gəlməsinə maraqlıdır”.
İranın Xarici İşlər naziri Cavad Zərif isə Tehranın Rusiyanın Fars körfəzində təhlükəsizliklə bağlı təşəbbüsünü alqışladığını söyləyib: “Fars körfəzində təhlükəsizliyə fəlincə, fikrimizcə, bu, Rusiya ilə daha çox yaxındır. Hesab edirəm ki, təhlükəsizliyi münaqişə yolu ilə deyil, ancaq əməkdaşlıq vasitəsi ilə təmin etmək olar. Biz Rusiyanın regionda təhlükəsizliklə bağlı təşəbbüsünü eşitdik. Bu təşəbbüsü alqışlayırıq. Biz, Fars körfəzində qonşu ölkələrə hücum etməmək barədə paktı imzalamağa hazırıq”.
Zərif ABŞ-ın Fars körfəzi regionunda hərbi mövcudiyyətini daha da gücləndirməyə çalışdığını və bunun regionda gərginliyi daha artıracağını vurğulayıb.