İran karantin rejimini sərtləşdirir
Rakus.az xəbər verir ki, bu gün Prezident Həsən Ruhaninin rəhbərliyi ilə hökumət üzvlərinin toplantısı keçirilib. Prezident bəyan edib ki, İranın bir sıra bölgələrində karantin rejimi yenidən sərtləşdiriləcək və tibbi maskadan istifadə məcburi olacaq.
İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari bu gün keçirdiyi mətbuat konfransında vəziyyətin ağır olduğunu qeyd edib. O bildirib ki, son 24 saat ərzində 2448 nəfər virusa yoluxub, 144 nəfər isə həyatını itirib. Bununla da İranda virusa yoluxanların ümumi sayı 222 min 669-a, ölənlərin sayı isə 10 min 508-ə çatıb.
Eyni zamanda, 183 min 301 nəfər xüsusi xəstəxanalarda müalicə alaraq sağalıb və evə buraxılıb.
Mətbuat katibi nəzərə çatdırıb ki, İranın Qərbi Azərbaycan, Xuzistan, Küdüstan, Kirmanşah və Hörmüzgan vilayətlərində vəziyyət ağır olaraq qalır. Virusa yoluxma və ölüm halları əsasən bu vilayətlərdə qeydə alınır.