İran nüvə aliminin qətlində İsrailin günahlandırır - FOTO
İranın Prezidenti Həsən Ruhani İranın nüvə alimi Möhsün Fəhrizadənin qətlində İsraili ittiham edib.
Rakus.az xəbər verir ki, o, bu cinayətin ölkənin nüvə sənayesinin inkişafını ləngitməyəcəyini söyləyib.
“Şəhid Fəhrizadənin qətli düşmənlərimizin ümidsizliyini və nifrətlərinin dərinliyini göstərir… Onun şəhid olması qazandığımız uğurları dayandırmayacaq”, – Ruhani bildirib.
Bundan əvvəl İranın Müdafiə Nazirliyi Fəxrizadənin qurumun nəzdindəki tədqiqat və innovasiya təşkilatının rəhbəri olduğunu təsdiqləmişdi.
Noyabrın 27-də Fəxrizadə silahlı hücuma məruz qalıb. Mühafizəçiləri ilə hücumçular arasında baş verən toqquşma zamanı ağır yaralanan alim xəstəxanada ölüb.
Hücum Tehran vilayətinin Absard şəhərində baş verib.
İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif nüvə aliminin qətlində İsrailin iştirakına dair dəlillərə işarə edib. Nazir eyni zamanda beynəlxalq birliyi, xüsusilə Avropa İttifaqını ikili standartlar siyasətinə son qoymağa və dövlət terrorizmi aktını qınamağa çağırıb.