İran tankerləri saxladı – Britaniya xəbərdarlıq etdi
İran Hörmüz boğazında saxladığı Böyük Britaniyaya məxsus “Stena Impero” və “Mesdar” tankerlərini azad etməsə ciddi nəticələrlə üzləşəcək.
Rakus.az xəbər verir ki, bunu Böyük Britaniyanın XİN rəhbəri Ceremi Hant “Sky News” telekanalına bildirib.
C.Hant deyib: “Bu, tamamilə qəbuledilməz vəziyyətdir, naviqasiya azadlığı qorunub saxlanmalıdır. Bir neçə dəqiqədən sonra “COBRA” hökumət komitəsinin fövqəladə iclası keçiriləcək. Bizim cavab məntiqli, lakin qətiyyətli olacaq. Biz tamamilə aydın şəkildə anlatmaq istəyirik ki, əgər bu vəziyyət yaxın zamanda həll olunmasa bu, ciddi fəsadlarla nəticələnəcək”.
Xatırladaq ki, ötən gün İranın İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Hörmüz boğazında Böyük Britaniyaya məxsus “Stena Impero” neft tankerini saxlayıb. Bildirilib ki, tanker beynəlxalq dəniz hüququnu pozduğuna görə saxlanılıb. Bundan əlavə, İİKK “Mesdar” tankerinin saxlanılması barədə məlumatları təkzib edib.