İran təyyarəni “təsadüfən” vurduğunu etiraf etdi
İran hərbi qüvvələrinin Tehranın yaxınlığında Ukrayna hava yollarına aid təyyarəni “təsadüfən” vurduğunu açıqlayıb və bunun bir “insan səhvi” olduğunu etiraf edib .
Rakus.az xəbər verir ki, bəyanat 11 yanvar səhəri dövlət televiziyasında yayımlanıb.
Bundan əvvəl, İran hökuməti bir neçə gündür Qərb liderlərinin və mütəxəssislərinin dəlillərinin, 176 nəfərin (hamısı ölüb) olduğu təyyarənin raketlə vurulduğuna dair verdiyi iddiaları rədd edib.
Tehranın açıqlamasında günahkarların məsuliyyətə cəlb ediləcəyi bildirilib. İranın xarici işlər naziri Cavad Zərif 8 yanvar hadisəsinin “Birləşmiş Ştatların avantürizminin yaratdığı böhran zamanı” baş verdiyini söyləyib.
Xatırladaq ki, “Ukraynanın Beynəlxalq Hava Yolları” şirkətinin təyyarəsi Tehrandan Kiyevə doğru uçmağa hazırlaşıb. Təyyarədə 57 Kanada, 82 İran, 10 İsveç, dörd Əfqan, üç Alman, üç İngilis, 11 Ukrayna vətəndaşı olub.