Dünya 14.03.2020 03:34

İrana aid qruplaşmaları İraqda havadan vuruldu

ABŞ hərbi təyyarələri İraq səmalarından keçərək, 24 saat əvvəl Amerika və koalisiya qoşunlarına qarşı ölümcül hücum təşkil edən İranın dəstəklədiyi hərbi birləşmələrə məxsus bir sıra əraziyə zərbələr endirib.

Rakus.az xəbər verir ki, hava hücumları cümə axşamı və cümə günü Kətaib Hizbullahına məxsus beş silah anbarını hədəf alıb.

ABŞ hərbi qüvvələri Bağdadın şimalındakı İraq hərbi bazasına edilən raket hücumu nəticəsində ABŞ-ın iki xidmət üzvü və bir İngilis əsgərinin öldüyünü, 14 nəfər yaralandığını bildirir.

Pentaqonun yaydığı açıqlamada hava hücumunu “müdafiə, proporsional və təhdidə birbaşa cavab olaraq” xarakterizə edib. Həmçinin açıqlamada bildirilir ki, hədəf alınan silah anbarlarında Kamp Tajiyə edilən hücum vaxtı istifadə olunan Katyusha tipli raketlər saxlanılırmış.

Digər tərəfdən isə İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musavi cümə günü yaydığı bəyənatda bildirir ki, “təhlükəli hərəkətlər və əsassız ittihamların əvəzinə cənab Tramp bölgədəki qoşunlarının mövcudluğunu və davranışlarını yenidən nəzərdən keçirməlidir.”

ABŞ-ın bu hücumu cəld olsa da, gözlənilməz deyildi. Belə ki, ABŞ-ın müdafiə və hərbi rəsmiləri cümə axşamı bildirmişdilər ki, ABŞ-ın hücumlara cavab verməsi sadəcə vaxt məsələsi idi.

Müdafiə naziri Mark Esper Pentaqonda jurnalistlərə bildirib ki, “ABŞ bizim insanlarımıza, müttəfiqlərimizə, eləcə də maraqlarımıza qarşı həyata keçirilən hücumlara dözümlülük göstərməyəcək. Siz bizim bazalarımıza atəş açaraq amerikalıları öldürməyə, eləcə də onları yaraladıqdan sonra uzağa qaça bilmərsiniz.”

Esperin açıqlamasından əvvəl ABŞ-ın Yaxın Şərqdəki qüvvələrinin komandanı, general Kennet McKenzi millət vəkillərinə bildirib ki, ABŞ və ya müttəfiq qoşunların ölümü “qırmızı xətt”- dir.

XƏBƏR LENTİ
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO