İranda koronavirusa 23 ,1 min insan yoluxdu
İranda koronavirusa yoluxanları sayı artmaqda davam edir. Bu günə olan məlumata görə yoluxanların sayı 23 min 49 nəfərə çatıb.
Rakus.az xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur Tehranda keçirdiyi brifinqdə bildirib. O qeyd edib ki, virusdan ölənlərin sayı 1812 nəfərə çatıb. Bununla yanaşı, 8 mindən çox adam sağalaraq müalicə aldıqları xüsusi xəstəxanalardan evlərinə buraxılıb.
İranın Dünya Bankı yanındakı nümayəndəsi Hüseyn Mirşəcərian bankın rəhbərliyini kəskin tənqid edərək ayrı-seçkilikdə ittiham edib.
Dünya Bankı Yaxın Şərq və Cənubi Afrika dövlətlərinin təmsilçilərinin iştirakı ilə koronavirusun törətdiyi problemlərlə bağlı toplantı keçirib. Toplantıda bəzi dövlətlərə kredit verilməsi məsələsi müzakirə edilib. Lakin İranın Dünya Bankındakı nümayəndəsi bu toplantıya dəvət almayıb. O nəinki dəvət edilməyib, ümumiyyətlə toplantının vaxtını da öyrənə bilməyib.
Qeyd edək ki, İran koronavirusla mübarizə üçün Dünya Bankından 5 milyard dollar həcmində kredit istəmişdir.
Yerli mətbuat qeyd edir ki, beynəlxalq maliyyə qurumları ABŞ-ın təzyiqi altında İrana qarşı ikili standartlar siyasəti yürüdür ki, bu da beynəlxalq qanunlara və həmin təşkilatların nizamnaməsinə ziddir.
Bu gün Sərhədsiz Həkimlər Təşkilatının ikinci təyyarəsi Tehrana yola düşüb. Təşkilatın həkimləri tibbi ləvazimat və dezinfeksiya üçün məhlullarla İrana yardıma gediblər.
İranda isə dezinfeksiya işləri davam etdirilir.