İranın paytaxtı Tehranın şərqində güclü partlayış baş verib.
Rakus.az xəbər verir ki, şahidlərin sözlərinə görə, göydə narıncı parıltı görünüb.
“The New York Times”ın müxbiri Farnaz Fassihi “Twitter”dəki səhifəsində partlayışın Parçində – İranın nüvə sınaqlarını keçirdiyi hərbi bazanın ərazisində baş verdiyini yazıb.
O, həmçinin, partlayışın baş verdiyi yeri xəritədə göstərib.
Partlayışla bağlı rəsmi açıqlama verilib. Məlumata görə, Müdafiə Nazirliyinin obyektlərindən birinin ərazisində içərisində texniki qaz olan rezervuar partlayıb.
Hərbi obyektlərə zərər dəyməyib.
Hadisə yerinə xilasetmə qrupları cəlb olunub, itki yoxdur.