İranda ölənlərin sayı 8 071-ə yüksəldi
İranda son sutkada rekord sayda – 3 574 yoluxma faktı qeydə alınıb.
Rakus.az xəbər verir ki, bunu İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildirib.
“Ötən sutka 3 574 nəfər kornavirusa yoluxub. Yoluxanların ümumi sayı 164 270 nəfərə çatıb. 127 485 pasiyent isə sağalıb”, – sözçü vurğulayıb.
Bildirilir ki, ölkədə son 24 saatda 59 nəfər COVID-19-dan ölüb. Beləliklə, İranda pandemiya qurbanlarının sayı 8 071-ə yüksəlib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 6,5 milyonu ötüb. Bunların 3,1 milyon nəfərdən çoxu sağalıb, 388 mindən çoxu isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.