İranın 13 vilayəti qırmızı zonadadır
İranda koronavirus xəstəliyinə qarşı aparılan mübarizənin nəticəsində yoluxma və ölüm halları tədricən azalır.
Rakus.az xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin açıqlamasında deyilir. Nəzərə çatdırılıb ki, son sutka ərzində 2 min 345 nəfər virusa yoluxub, 184 nəfər isə həyatını itirib. Bununla da İranda yoluxanların ümumi sayı 331 min 189 nəfərə, ölənlərin sayı isə 18 min 800-ə çatıb. Müxtəlif qapalı xəstəxanalarda müalicə alan 3 min 983 nəfərin vəziyyəti ağır olaraq qalır. Müalicə alan 288 min 620 nəfər isə sağalaraq evə buraxılıb. Buna baxmayaraq Tehran daxil olmaqla İranın 13 vilayəti hələ də qırmızı zonaya daxildir.
Qeyd olunub ki, Semnan vilayətində 103 yaşlı bir kişi Kirman vilayətində isə 90 yaşında bir qadın virusa qalib gələrək sağalıblar.