İranla Ermənistan ticarətə başladı
İran və Ermənistan arasında ikitərəfli ticarətin həcmi 2020-ci ilin birinci rübündə 101 milyon dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə, iki ölkənin ticarət dövriyyəsindən bir qədər çoxdur.
Rakus.az xəbər verir ki, Ermənistanın Statistika Komitəsinin açıqladığı son rəqəmlərə əsasən, bu ilin aprel ayında Ermənistanın İrandan 17,7 milyon dollarlıq idxalının keçən ilin eyni ayına nisbətən 13 faiz az olmasına baxmayaraq, mart ayındakı 10,2 milyon dollardan 70 faiz artım göstərir.
Ermənistanın həmin ay İrana 8,8 milyon dollarlıq ixracı da 2019-cu ilin aprel ayı ilə müqayisədə 3,4 faiz, bu ilin mart ayı ilə müqayisədə isə 52 faiz artıb.
Beləliklə, dəyişiklik tendensiyası COVID-19-un yayılması nəticəsində iki ölkə arasında tətbiq edilən sərhəd məhdudiyyətlərinin tədricən qaldırılması ilə paralel olaraq ikitərəfli ticarətin bərpa olunduğunu göstərir.