Ağır sudan pluton istesalında istifadə edilir.
Vyana görüşündə Britaniya, Almaniya, Fransa, Çin, Rusiya və İran nümayəndələri iştirak edir.
ABŞ-la İran arasında gərginliklər Vaşqintonun ötən il nüvə sazişindən çıxması ilə daha da dərinləşib.
İran Vaşinqtonun aşağı səviyyəli uran zənginləşdirilməsinin dayandırılması tələblərini rədd edərək, bundan elektrik istehsalı üçün istifadə edildiyini bildirir.
İndiyədək İranın Natanza nüvə obyektində əldə edilən uranın 300 kq-lıq limitə çatmadan Rusiyaya göndərməsi imkanı var idi.
ABŞ bundan əlavə sanksiya güzəştləri olmayacağını bildirərək, İranın Arak obyektində istehsal edilən ağır suyun Omanda saxlanması üçün məhdidiyyəti 300 ton elan edib.
İran prezidenti Həsən Ruhani bildirib ki, Tehran neft və qeyri-neft sektoru mallarının idxalı ilə ABŞ sanksiyalarına müqavimət göstərməlidir.