Dünya 24.02.2020 08:58

İranla qonşular əlaqən dayandırır

Pakistan koronavirus təhlükəsi ilə əlaqədar Taftan sərhəd məntəqəsi vasitəsilə İranla nəqliyyat əlaqəsini dayandırıb.

Rakus.az xəbər verir ki, bu barədə “Dawn” telekanalına Bəlucistan əyalətinin daxili işlər naziri Mir Ziyaulla Lanqove bildirib. Qeyd edilir ki, bu tədbirlər ölkə vətəndaşlarının təhlükəsizliyi baxımından həyata keçirilir.

Əfqanıstanın hakimiyyət orqanları isə virus epidemiyası ilə bağlı İranla hava və quru əlaqəsini müvəqqəti dayandırmaq barədə qərar qəbul edib. Bu barədə “Tolo News” telekanalı ölkənin Milli Təhlükəsizlik Şurasına istinadən xəbər verib.

Qeyd edək ki, analoji addımı Türkiyə də atıb. Ölkə epidemiya təhlükəsindən sonra İranla sərhədi bağlayıb. Eyni zamanda Gürcüstan da İranla gediş-gəlişi məhdudlaşdırıb. Hökumətin bununla bağlı qərarı koronavirusun Gürcüstan ərazisinə yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində qəbul olunub. Qərara əsasən, İrandan Gürcüstana sərnişin axını dayandırılacaq. İran aviaşirkətlərinə Gürcüstandakı iranlı turistlərin vətənə qaytarılması üçün şərait yaradılacaq.

İraq da özünün cənub-şərqindəki Maysan əyalətinin İranla sərhəddəki “Əş-Şib” keçid məntəqəsini bağlayıb. İranda koronavirusa yoluxma halları baş verəndən sonra İraq Səhiyyə Nazirliyinin tövsiyəsi əsasında Maysan əyalətinin qubernatoru keçid məntəqəsini bağlamaq qərarını verib.

Ermənistan da analoji addım ataraq İrana gediş-gəlişi dayandıranlar arasındadır. Ölkənin hakimiyyət orqanları İranla sərhədi müvəqqəti bağladıqlarını açıqlayıblar.

İranla gediş-gəlişi dayandıran ölkələr arasında İordaniya da var. Bu ölkənin hakimiyyət orqanları Cənubi Koreya, Çinlə yanaşı, İran vətəndaşlarına da öz ərazisinə girişi qadağan edib.

Qeyd edək ki, ötən gün respublikamızın Biləsuvar gömrük sərhəd buraxılış məntəqəsi koronavirus təhlükəsi ilə əlaqədar olaraq fəaliyyətini dayandırıb. Dövlət Gömrük Komitəsi Çin Xalq Respublikasında aşkar edilən və qonşu İran İslam Respublikasında da yayılan koronavirus epidemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində cənub sərhədlərimizdə yerləşən Astara və Biləsuvar gömrük sərhəd keçid məntəqələrində profilaktik tədbirlər və dezinfeksiya işləri aparıldığını və buna görə də həmin məntəqələrdə müəyyən məhdudiyyətlər tətbiq edildiyini açıqlayıb.

Xatırladaq ki, rəsmi məlumata əsasən İranda koronavirusa yoluxanların sayı 40 nəfəri ötüb. Ölkədə 8 nəfər yeni epidemiyanın qurbanı olub. Lakin bir sıra kütləvi informasiya vasitələri bu rəqəmlərin açıqlanan göstəricilərdən çox olduğunu iddia edirlər. (report.az)

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO