İraq Prezidenti hücumları qınadı
İraq Prezidenti Barham Salih hökümtə əleyhinə etiraz edən insanlar və mediaya hücumları qınayıb.
Rakus.az xəbər verir ki, İraqda artlq bir həftədir nümayişlər keçirilir. Nəticədə 100-dən çox insan ölüb, 6 mindən çoxu isə xəsarət alıb.
Saleh zorakılıq edənləri cinayətkar və düşmən adlandırıb və bazar ertəsi televiziyada yayımlanan çıxışında zorakılıqların dayandırılmasına çağırıb.
Saleh deyib ki, İraqda çox sayda müharibə, terror və dağıntılar olub.
Ordu bazar ertəsi Bağdadın Sədr Şəhər məhəlləsində etirazçılara qarşı “həddən artıq çox gücdən” istifadə etdiyini etiraf edib.
Hökümət təhlükəsizlik qüvvələrini ərazidən yığışdırıb və növbəni polisə təhvil verib. Rəsmilər həmçinin “yanlış hərəkət edən” təhlükəsizlik xidməti işçisini məsuliyyətə cəlb etməyi vəd edib.
Bağdad və İraqın bir neçə cənub şəhərində etirazlar iş və daha yaxşı kommunal xidmət tələbləri, eləcə də 40 milyon əhalisi ola neftlə zəngin ölkədə korrupsiyaya son qoymaq çağırışı fonunda başlayıb.
İraq kabineti bazar günü etirazçılara cavab məqsədilə yeni islahat planını açıqlayıb.
Kabinet rəsmiləri şənbə gecə görüş keçirəndən sonra bir sıra planlaşdırılmış islahat siyahısı açıqlayıb.
İraqın baş naziri Adel Əbdül-Mehdi şənbə axşam televiziyada yayımlanan çıxışında deyib ki, o, etirazçılarla görüşməyə və tələblərini dinləməyə hazırdır. O, etirazçıları nümayişlərə son qoymağa çalışıb.
Parlamentdəki ən böyük bloka başçılıq edən şiə yarı hərbi dəstəsinin sabiq lideri Moqtəda əl-Sədr cümə günü höküməti istefa verməyə çağırıb və deyib ki, ölkədə “BMT-nin müşahidəsi altında erkən seçki keçirilməlidir”.