İraqda hərbi bazaya hücum – ABŞ-İran gərginliyi – TƏHLİL - FOTO
İraqın neftlə zəngin Kərkük şəhəri yaxınlığında yerləşən hərbi bazaya hücum zamanı ABŞ-ın mülki podratçısı öldürülüb.
Rakus.az xəbər verir ki, bu barədə ABŞ rəsmisi xəbər verib.
ABŞ-ın başçılığı ilə İslam Dövləti qrupuna qarşı mübarizə aparan koalisiyanın bəyanatında bildirilib ki, bundan əlavə bir neçə ABŞ hərbçisi və İraq personalı da xəsarət alıb. O əlavə edib ki, cavab tədbirləri bə hücumla bağlı istintaqa İraq təhlükəsizlik qüvvələri başçılıq edəcək.
Adlarının açıqlanmasını istəməyən ABŞ rəsmilərinin sözlərinə görə, əsgərlər kiçik xəsarətlər alıb və artıq işlərinin başına dönüb.
Bir rəsmi deyib ki, Birləşmiş Ştatlar Kataib Hizbullah adlı İranın dəstəklədiyi şiə yarı-hərbi dəstənin mümkün əlaqəsini araşdırır.
ABŞ dövlət katibi Mayk Pompeo dekabr ayında İranın dəstəklədiyi qüvvələri İraqda bazalara bir sıra hücumlarda günahlandırıb və İrana xəbərdarlıq edib ki, Tehranın amerikalılara və ya onların müttəfiqlərinə zərər vuracaq hər hansı hücumu “ABŞ-ın qətiyyətli cavabı ilə qarşılanacaq”.
Prezident Donald Tramp ötən il Birləşmiş Ştatları 2015-ci ildə Tehranın altı dünya qüdrəti ilə əldə etdiyi razılıqdan geri çəkib, İranın iqtisadiyyatını tənəzzülə uğradan sanksiyalar tətbiq edəndən sonra İranla ABŞ arasında gərginlik artıb.
Bundan sonra Vaşinqton bu yay İranı Bİrləşmiş Ərəb Əmirlikrləri yaxınlığında və Səudiyyə Ərəbistanında neft tankerlərinə hücumda günahlandırıb.
İran hücumun arxasında olduğunu inkar edib.
İraq ordusunun yaydığı bəyanatda bildirib ki, İraqın ABŞ və İraq qüvvələrinin yerləşdirildiyi K1 hərbi bazasına bir neçə raket atılıb.
Təhlükəsizlik mənbələri deyib ki, təhlükəsizlik qüvvələri baza yaxınlığında tərk Hücumun məsuliyyətini üzərinə alan olmayıb.
Ərazidə fəaliyyət göstərən İŞİD militantları bütün əraziləri geri alan və 2017-ci ilin dekabr ayında onlara qarşı qələbə elan edən Bağdaddakı höküməti devirmək üçün qiyamçı taktikalarına əl atırlar.
Lakin ABŞ ordusunun yüksək rütbəli rəsmisi bu ay deyib ki, İranın dəstəklədiyi qrupların İraqda ABŞ qüvvələrinin olduğu bazalara hücumları təkmilləşdirilib, sıxlığı artıb.
Onun bu sözləri Bağdadın benyəlxalq hava limanı yaxınlığında bazaya dörd Katyuşa raketindən hücumdan iki gün sonraya təsadüf edib. Həmin hücum nəticəsində İraqın elit Terrora Qarşı Mübarizə Xidmətinin beş üzvü yaralanıb.
Kərkükdən 15 kilometr uzaqlıqda yerləşən K1 bazasında Federal Polis və Terrora Qarşı Mübarizə Xidmətindən olan İraq qüvvələri ilə yanaşı ABŞ-ın hərbi qüvvələri yerləşdirilib.
İraqda, təxminən, 5 min ABŞ qoşunu var.