Sosial 23.07.2025 23:57

“İrəvan Bakıdan daha böyük türk-müsəlman ruhu ilə seçilirdi” - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “XIX əsrdə İrəvan türklərin maarif və mədəniyyət mərkəzi idi” adlı veriliş hazırlanıb.

Rakus.az xəbər verir ki, Verilişdə Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli İrəvan ziyalılarının Azərbaycanın maarif mühitində rolundan danışıb.

O bildirib ki, XIX əsrdə İrəvan türklərin maarif və mədəniyyət mərkəzi idi. İrəvan mühiti, ümumiyyətlə, əsasən türk-müsəlman mühiti olub. İrəvan ziyalılarının Azərbaycanın maarif mühitində böyük yeri olub.

Onun sözlərinə görə, İrəvan Bakıdan daha böyük türk-müsəlman ruhu ilkə seçilirdi: “İrəvanda XIX əsrdə islam mühitinə türk kimliyinin amilləri gəldi. İrəvan şəhər mühitində türk idealogiyası üstünlük təşkil edirdi”

F.Ələkbərli vurğulayıb ki, İrəvanda türklərin milli məsələsinin qabarması erməni və rusları hərəkətə gətirdi: “İrəvanda seminariya və gimnaziya ictimai mühitə böyük şəxsiyyətlər bəxş edib. İrəvandakı Göy məscidin axundu Şeyxülislam seçildi”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş iyulun 23-də saat 20:30-da Baku TV-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Sosial / 23.07.2025 23:57
“İrəvan Bakıdan daha böyük türk-müsəlman ruhu ilə seçilirdi” - VİDEO
Sosial / 23.07.2025 13:55
İrəvanda türk idealogiyası – ANONS - VİDEO
Gündəm / 23.07.2025 10:00
İlham Əliyev: “Şəhid olmuş media nümayəndələrimizin şücaəti və qəhrəmanlığı heç zaman unudulmayacaq”
Siyasi, Sosial / 22.07.2025 23:34
Aşağı Gödəkli, Aşağı Körpülü, Aşağı Gəzbin – türk tarixinin izi - VİDEO
Mətbuat / 22.07.2025 20:01
Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilib - FOTO - VİDEO
Elm və təhsil, Müsahibə / 22.07.2025 19:32
“İndiki Ermənistan nə üçün Qərbi Azərbaycan adlandırılır?” - VİDEO
Gündəm / 22.07.2025 19:22
Prezident İlham Əliyevin milli mətbuatın 150 illik yubileyi ilə əlaqədar media nümayəndələrinə müraciəti
Sosial / 22.07.2025 14:22
“Gödəkli” etnonimindən yaranan kənd – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə / 22.07.2025 13:29
Çuxursəad Azərbaycan torpağıdır – ANONS - VİDEO
Gündəm / 22.07.2025 09:19
Prezident rəsmi sosial şəbəkə səhifələrində Milli Mətbuat Günü münasibətilə paylaşım edib
Müsahibə / 21.07.2025 23:50
“Qərbi Azərbaycanda nəşr olunan ilk mətbu orqan “Lək-lək” jurnalıdır” - VİDEO
Təhlil / 21.07.2025 17:14
İlham Əliyevin Xankəndi açıqlamaları – Azərbaycanın regional və qlobal miqyasda önəmi – ŞƏRH
Elm və təhsil, Mədəni / 19.07.2025 23:20
“Türklərin milli kimliyi onun folklorundadır” - VİDEO
Siyasi, Sosial / 18.07.2025 23:48
“Nənəm Vətən həsrətini dilə gətirib ağlayanda ürəyim çat-çat olur” - FOTO - VİDEO
Sosial / 18.07.2025 14:22
Telli sazını baba yurdunda səsləndirmək istəyən Kənan Alıyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.07.2025 23:12
İlham Əliyev Paşinyana Qərbi Azərbaycanla bağlı nələri diktə edib? - VİDEO
Elm və təhsil, Gündəm, Hərbi / 17.07.2025 17:09
Mətbuat Şurasında “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimatı olub - FOTO
Siyasi / 17.07.2025 16:10
Naxçıvana çıxış, Zəngəzura qayıdış – ANONS - VİDEO
Siyasi / 16.07.2025 23:20
“Biz əvvəllər normal xalq idik, indiki müxalifət görün bizi nə günə salıb” - VİDEO
Siyasi / 16.07.2025 14:17
Kilsə İrəvanı qarışdırır – ANONS - VİDEO
Siyasi, Sosial / 15.07.2025 23:23
Aşağı Kəhriz, Aşağı Kilsə, Aşağı Girətağ – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 15.07.2025 18:45
“Ermənistan qlobal kommunikasiya layihəsinin bir hissəsi olmaq üçün ikinci şansını əldən verəcəkmi? - VİDEO
Sosial / 15.07.2025 14:19
Böyük Qarakilsənin qədim yurd yeri – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.07.2025 13:22
Rusiya mediasında gündəmi erməni lobbisi diktə edir – ANONS - VİDEO
Müsahibə / 14.07.2025 23:06
“Stalinin bədnam qərarı babamı yurdundan didərgin salıb” - VİDEO
Mədəni / 12.07.2025 23:32
“İrəvanda yeni dövr sənətkarlığının intibahı da erkən başlayıb” - VİDEO