Mədəni 05.07.2025 22:52

“İrəvan xanlığının Hindistanla böyük əlaqələri var idi” - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrsimiz” rubrikasının növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “İrəvanda boyaqçılıq sənəti güclü inkişaf etmişdi” adlı buraxılışda Azərbaycan Rəssamlar İttifaqının üzvü, araşdırmaçı, tətbiqi sənət ustası İsgəndər Sərdarlı İrəvani Qərbi Azərbaycanın bütün bölgələrini birləşdirən incəsənətindən söz açıb.

O bildirib ki, İrəvanda boyaqçılıq sənəti güclü inkişaf etmişdi: “İrəvan xanlığının Hindistanla böyük əlaqələri var idi. Türkiyəli tarixçi alim İlbər Ortaylı Qərbi Azərbaycan insənətinə heyran qaldı”.

Onun sözlərinə görə, Qərbi Azərbaycan xalçalarında msitik mesajlar var: “Əşyanın rəngi insanın əhvalını, sağlamlığını təmin edir. Bu rəngin çalarını ancaq Meksika və İrəvanda ala bilirdilər”.

İ.S.İrəvani evdə naxışın firavanlıq gətirməsinə, pulu hansı naxışlı sandıqda saxlayanda daha bərəkətli olur və digər maraqlı məqamlara da aydınlıq gətirib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş iyulun 5-də saat 20:30-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Mədəni / 05.07.2025 22:52
“İrəvan xanlığının Hindistanla böyük əlaqələri var idi” - VİDEO
Mədəni, Sosial / 04.07.2025 22:58
“Bakıda doğulsam da, o torpaq məni çox çəkir” - FOTO - VİDEO
Mədəni, Sosial / 04.07.2025 13:54
“Kliplərimi Nüvədidə çəkəcəm” – Sevinc Abbasovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Təhlil / 03.07.2025 22:43
“Zəngəzura görə Paşinyanı devirmək istəyirlər – Çevriliş planının detalları” - VİDEO
Siyasi / 03.07.2025 14:40
İrəvanda çevriliş planı – ANONS - VİDEO
Elm və təhsil / 02.07.2025 22:33
“Piotrovski ermənilərin qədim sikkə yalanını ifşa etdi” - VİDEO
Elm və təhsil / 02.07.2025 14:31
Ermənilərin 12 min yalanı – ANONS
Siyasi, Sosial / 01.07.2025 22:59
Aşağı Qızqala, Aşağı Qoylasar, Aşağı Qulubəyli, Aşağı Darğalı – türk tarixinin izi - VİDEO
Müsahibə, Mədəni / 01.07.2025 19:12
“Xalçalarda ikibaşlı və üçbaşlı quşların simvollarının mənası” - VİDEO
Sosial / 01.07.2025 14:35
Çarın erməniləşdirdiyi yaşayış məskəni – ANONS - VİDEO
Mədəni / 01.07.2025 13:22
Zəngəzurda deşifrə edilmiş rəmzlər – ANONS - VİDEO
Müsahibə / 01.07.2025 10:22
“Ermənilər Azərbaycanda yaşamaq hüququnu özləri itiriblər” - VİDEO
Siyasi, Təhlil / 26.06.2025 23:11
“Paşinyanın İstanbul səfərinin pərdəarxası – Ermənistan “Turan”a qoşulur” - VİDEO
Siyasi / 26.06.2025 14:26
Ermənistan “Turan”a qoşulur – ANONS - VİDEO
Elm və təhsil / 25.06.2025 22:13
“Vikinqlər Azərbaycan ərazisindən köçən prototürklərin davamçılarıdır” - VİDEO
Elm və təhsil / 25.06.2025 13:49
“Etrusk yazıları türkcədir” – ANONS
Siyasi, Sosial / 24.06.2025 22:09
Aşağı Qarakoymaz, Aşağı Qaraçimən, Aşağı Qarxın – türk tarixinin izi - VİDEO
Elm və təhsil, Siyasi / 24.06.2025 19:00
“İndiki İrəvanın gerbindəki rəmzlər İrəvan xanlığının bayrağından qəbul edilib” - VİDEO
Sosial / 24.06.2025 14:34
Qarxın tayfasının qurduğu yurd yeri – ANONS - VİDEO
Elm və təhsil / 24.06.2025 13:22
İrəvan gerbindəki türk rəmzləri – ANONS
Müsahibə / 23.06.2025 23:04
“Sayat Nova Azərbaycan dilinin incəliklərinə dərindən bələd olub” - VİDEO
Elm və təhsil / 23.06.2025 11:27
Tarixçi alim beynəlxalq konfransda Azərbaycan xanlıqlarından danışıb
Elm və təhsil / 21.06.2025 22:11
“Qıpçaqlar Qafqazda Albaniya sivilizasiyasını yaradıblar” - VİDEO
Siyasi, Sosial / 20.06.2025 22:25
“Ləlvər dağından axan sudan limonad düzəldirdik” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.06.2025 13:22
“Nənəm çörək bişirəndə ermənilərə də verirdi…” – Sona Əliyevanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 19.06.2025 22:50
“İranın oyundan çıxması Azərbaycanın Zəngəzur üzərində nəzarətini gücləndirəcək” - VİDEO