İl-76 və An-124 təyyarələri Rusiya sülhməramlı qüvvələrinin Qarabağa köçürülməsi çərçivəsində 24 saat ərzində Ermənistana 22 uçuş həyata keçirib, 64 ədəd avtomobil və xüsusi texnika çatdırıb.
Rakus.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi xəbər yayıb.
Bildirilir ki, İrəvandan Dağlıq Qarabağa gedəcək hərbi kolonu havadan Mi-8 və Mi-24 helikopterləri müşayiət edir.