Hadisə 12.04.2023 21:00

İrəvanda babamın mülkünə məskunlaşanlar Türkiyədən gələn ermənilər idi - VİDEO

Bu gün Baku Tv-nin efirində Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində hazırlanan “Həyat hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.

“Report” xəbər verir ki, bugünkü buraxılış Qərbi Azərbaycandan deportasiya  olunmuş İrəvan şəhər sakini İradə Rizazadənin həyat hekayəsinə həsr olunub.

O, 1988-ci ilədək İrəvanda yerləşən Azərbaycan Kənd Təsərrüfatı Texnikumunda işləyib, ermənilər tərəfindən məcburən deportasiyaya məruz qalıb.

İ.Rizazadə siyasi-coğrafi məkan kimi İrəvan şəhərinin etnik tərkibindən söz açıb, ermənilərin İrəvana gəlişi ilə bağlı  özünün şahidi olduğu faktları, ata-ana və babalarının söylədiyi xatirələri bölüşüb.

Onun sözlərinə görə, ermənilər tarix boyu, zaman-zaman azərbaycanlılara qarşı soyqırım törədib, dini abidələrini, toponimlərini dağıdıb: “Təbii ki, belə şovinist hadisələr İrəvanda daha çox və vəhşicəsinə baş verib”.

O, yaşadığı şəhərlə bağlı düşüncələrini, eləcə də çalışdığı dövrdə üzləşdiyi erməni məkrliyi, düşmənçiliyindən danışıb, doğma yurda qayıdacağına, orada azərbaycanlılar mühitinin yenidən yaranacağına əminliyini ifadə edib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim  torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz  qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb.

İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

 İradə Rizazadənin “Həyat hekayəsi” aprelin 12-də saat 20:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb. 

 

XƏBƏR LENTİ
Hadisə, Müsahibə / 12.04.2023 21:00
İrəvanda babamın mülkünə məskunlaşanlar Türkiyədən gələn ermənilər idi - VİDEO
Təhlil / 12.04.2023 17:03
Paşinyan hökumətinin hiyləgər taktikası – sərhəd təxribatı – TƏHLİL - FOTO
Maraqlı, Mətbuat, Video müsahibə / 12.04.2023 16:20
Qərbi Azərbaycan Xronikası – ANONS - VİDEO
Gündəm, Hərbi / 12.04.2023 14:52
Şəhid Səbuhi Tağıyevin nəşi torpağa tapşırılıb - FOTO - VİDEO
Gündəm, Hərbi / 12.04.2023 10:45
Şəhid Vidadi Zalov ilə vida mərasimi – YENİLƏNİB - VİDEO
Müsahibə, Siyasi, Video müsahibə / 12.04.2023 09:13
Fuad Hüseynəliyev: “Sülh olmadan Ermənistanın inkişafı mümkün deyil” - VİDEO
Dünya, Hərbi / 11.04.2023 23:09
Erməni təxribatının erməni qurbanları: 4 ölü, 6 yaralı - VİDEO
Hərbi / 11.04.2023 20:31
Müdafiə Nazirliyi şəhid olan hərbçilərimizin ADLARINI açıqladı - VİDEO
Gündəm, Siyasi / 11.04.2023 18:26
XİN bəyanat yaydı: “Ermənistanın sülh prosesində maraqlı olmadığını göstərir”
Gündəm, Hadisə, Hərbi / 11.04.2023 18:07
Müdafiə Nazirliyi: Ermənilər təxribat törədib, xeyli sayda itki verib
Dünya, Səhiyyə / 10.04.2023 11:18
Xərçəng xəstəliklərindən ölənlərin sayı 2040-cı ildə 16,3 milyona çatacaq – HƏKİM PROQNOZU
Dünya, Gündəm, Siyasi / 07.04.2023 17:55
Düşənbəyə dostluq səfəri – əməkdaşlıq əlinin uzadılması – TƏHLİL - FOTO
Səhiyyə / 07.04.2023 15:48
İnsult 21-ci əsrin yeni “epidemiyasıdır”- Nuran Abdullayev
Dünya, Gündəm / 06.04.2023 16:52
Tehran rejimi – müsəlmançılığı əlində saxtakarcasına bayraq edən – TƏHLİL
Gündəm, Hadisə / 06.04.2023 13:03
Ermənilərin azərbaycanlılara qarşı fərqli münasibəti - FOTO
Gündəm, Hərbi / 06.04.2023 08:42
Qərbi Azərbaycan Xronikası: İrəvan Ermənistana veriləndə kimlər etiraz etdi? - VİDEO
Gündəm, Siyasi / 05.04.2023 22:02
Daşnak Ermənistanı ilə çar Rusiyasının məxfi Azərbaycan planı - FOTO - VİDEO
Gündəm, Maraqlı, Video müsahibə / 05.04.2023 14:58
Qərbi Azərbaycan Xronikası – ANONS - VİDEO
Dünya, Siyasi, Təhlil / 05.04.2023 13:06
Qorxuya düşən ABŞ Trampın cibindən pornoaktrisanın çılpaq fotosunu çıxarır – TƏHLİL - FOTO
Dünya, Siyasi, Təhlil / 04.04.2023 14:54
Tehran rejimi rəsmi Bakının Cənubi Qafqazda yaratdığı yeni reallığı həzm edə bilmir – TƏHLİL - FOTO
Elm və təhsil, Siyasi / 31.03.2023 17:45
Azərbaycanlıların Soyqırımına tarixi qiymətin verilməsində Heydər Əliyevin rolu böyükdür – ELMİ KONFRANS - FOTO
Elm və təhsil / 31.03.2023 17:33
Mart Soy­qı­rı­mı xal­qı­mı­za qar­şı tö­rə­di­lən qəd­dar­lı­ğın ba­riz nü­mu­nə­si­dir
Elm və təhsil, Maraqlı / 31.03.2023 15:08
Azərbaycanlılara məxsus 1 750 yaşayış məntəqəsinin adı dəyişdirilib – YENİ NƏŞR
Gündəm, Siyasi / 31.03.2023 14:57
Azərbaycanlıların Soyqırımı Gününü ilə əlaqədar bəyanat yayıldı
Gündəm, Siyasi / 31.03.2023 09:19
Erməni daşnaklarının törətdiyi soyqırımdan 105 il ötür - FOTO
Gündəm, Siyasi / 30.03.2023 12:07
Azərbaycanlıların kütləvi deportasiya və soyqırımı ilə bağlı cinayət işi açılıb