Mədəni 25.01.2025 22:06

“İrəvandakı Xan sarayı divarlarının bəzədilməsi ilə təsviri sənət yenidən canlanıb” - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrsimiz” rubrikasının növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “İrəvandakı Xan sarayı divarlarının bəzədilməsi ilə təsviri sənət yenidən canlanıb” adlı buraxılışda sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aslan Xəlilov Qərbi Azərbaycanda mövcud olan qayaüstü rəsmlərdən söz açıb.

O bildirib ki, Qərbi Azərbaycan olan qayaüstü rəsmlər Qobustandakı rəsmlərlə eynilik təşkil edir. İrəvandakı Xan sarayında divarların bəzədilməsi ilə təsviri sənət yenidən canlanıb.

Onun sözlərinə görə, XIX əsr Azərbaycan rəssamı Mirzə Qədim İrəvani Azərbaycan dəzgah rəngkarlığının banisidir: “Rus işğalına baxmayaraq M.Q.İrəvani sarayda Qacar və İrəvan hökmdarlarının rəsmini çəkib. İlk realist fırça ustası Bəhruz Kəngərlinin “Qaçqınlar” rəsmləri Qərbi Azərbaycanda erməni soyqırımının bədii sübutudur”.

A.Xəlilov Qərbi Azərbaycanda 1100 il təsviri sənətin hansı səbəbdən inkişaf etməməsinə də aydınlıq gətirib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş yanvarın 25-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Mədəni / 25.01.2025 22:06
“İrəvandakı Xan sarayı divarlarının bəzədilməsi ilə təsviri sənət yenidən canlanıb” - FOTO - VİDEO
Mədəni / 25.01.2025 14:00
Qərbi Azərbaycan və Qobustan qayaüstü rəsmlərin oxşarlığı – ANONS - VİDEO
Siyasi, Sosial / 24.01.2025 21:45
“Anam su içəndə də deyirdi ki, yox, İravanın suyu tam başqadır” - FOTO - VİDEO
Təhlil / 24.01.2025 16:54
Rəsmi İrəvanın ziddiyyətli adımları – Paşinyanın “sülh çağırışı” – TƏHLİL
Siyasi / 24.01.2025 13:22
“Gedərçayın şırıltısını mütləq eşidəcəm” – Fəridə Səfiyevanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 24.01.2025 09:39
Rusiya Ermənistan münasibətlərində nə dəyişəcək? - FOTO - VİDEO
Siyasi, Təhlil / 23.01.2025 22:17
“Bayden administrasiyası “topal ördək” rolunda ermənilərə sonuncu yaxşılığını etdi” - FOTO - VİDEO
Təhlil / 23.01.2025 16:36
Baydenin karyerası – oğlunu cinayətlərə görə əfv edən Prezident – TƏHLİL
Siyasi, Təhlil / 23.01.2025 13:16
Ermənistan üçün “əcəl zəngi” – ANONS - VİDEO
Elm və təhsil / 22.01.2025 21:32
“Eçmiədzin 1920-ci ilə qədər udiləri erməniləşdirmək siyasəti apardı” - FOTO - VİDEO
Elm və təhsil / 22.01.2025 13:41
Udi xalqını əritmək istəyirdilər – ANONS - VİDEO
Siyasi, Sosial / 21.01.2025 22:21
Aldərə, Alırzalar, Alişar, Alyurd, Allar, Alladərə – türk tarixinin izi - FOTO - VİDEO
Elm və təhsil, Müsahibə / 21.01.2025 18:35
“Azərbaycan Xəzər xaqanlığının tərkibində idi” - VİDEO
Təhlil / 21.01.2025 16:54
Liderlərin üz-üzə görüşü – “kölgə qılınclaması” – TƏHLİL
Siyasi, Sosial / 21.01.2025 14:09
Sakinləri qovulub ləğv edilən türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Video müsahibə / 21.01.2025 13:30
“Türklər Toqarmanın nəslindən sayılır” – ANONS - VİDEO
Müsahibə / 20.01.2025 22:55
“Göyçədən deportasiya olunanlar Yalova və İzmir bölgələrində də məskunlaşıblar” - FOTO - VİDEO
Gündəm / 20.01.2025 14:09
Şəhidlər xiyabanı coşqu ilə ziyarət olunur – YENİLƏNİR - FOTO - VİDEO
Gündəm / 20.01.2025 12:06
Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib - FOTO
Gündəm / 20.01.2025 00:07
Mehriban Əliyeva 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
Gündəm / 20.01.2025 00:01
Qanlı Yanvar hadisələrindən 35 il ötür
Gündəm / 19.01.2025 21:09
Prezident 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
Mədəni / 18.01.2025 22:43
“Ermənilərin inşa etdiyi abidələr 1870-ci ildən sonraya aiddir” - FOTO - VİDEO
Mədəni / 18.01.2025 14:27
Qoşundaş kompleksinin mistikası – ANONS - VİDEO
Siyasi, Sosial / 17.01.2025 22:05
“Babam deyirdi ki, ermənilər camaatı mal-qara ilə birlikdə yük vaqonlarında deportasiya etdilər” - FOTO - VİDEO
Siyasi, Sosial / 17.01.2025 13:33
Üçüncü nəslin Vətən yanğısı – Vüqar Nərimanbəylinin “Həyat Hekayəsi” – ANONS - VİDEO