Dünya 14.12.2023 20:38

“Sülh donuna” bürünmüş Ermənistan genişmiqyaslı təxribat hazırlığı aparır - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Sülh donuna” bürünmüş Ermənistan genişmiqyaslı təxribat hazırlığı aparır” adlı süjetdə Ermənistan rəhbərliyinin hazırda apardığı siyasətin mahiyyətinin sülh adı altında silahlanmadan ibarət olduğu, davamlı şəkildə sülh sazişinin imzalanmasının vacibliyindən bəhs edən rəsmi İrəvanın reallıqda yeni müharibəyə hazırlaşdığının müşahidə edildiyi vurğulanır.

Bildirilir ki, bu məqsədlə Ermənistanda hərbi arsenal müdafiə və hücum silahları ilə yenidən təchiz edilir, erməni hərbçiləri təkcə öz ölkələrində yox, həm də Fransada təlim düşərgələrində  hazırlanır, Zəngəzurda – Azərbaycanla sərhəddə yaşayan erməni əhalisinə silahdan istifadə qaydaları öyrədilir.

Qeyd olunur ki, artıq Fransanın Ermənistana təkcə “müdafiə xarakterli” yox, həm də hücum silahlarının verilməsinə hazırlaşması bu kontekstdə təsadüfi deyil: “Bu il oktyabrın 23-də Paris və İrəvan arasında Fransa silahlarının Ermənistana tədarük edilməsi haqqında müqavilə imzaladı. Bu, Ermənistana “müdafiə silahları” verən Fransanın hücum silahlarını da tədarük etməyə hazırlaşmasından xəbər verir. Bununla yanaşı, Ermənistan Fransanın lobbiçiliyi ilə Hindistandan hücum və müdafiə silahları əldə edir. II Qarabağ savaşı və bundan sonra sərhəddə erməni təxribatları nəticəsində baş verən toqquşmalar fonunda Ermənistanın hazırda əldə etdiyi silahların təsfinatı xüsusilə diqqət çəkir. Ermənistan hərbi arsenalını Azərbaycanla apardığı müharibə təcrübəsinə əsasən yeniləyir və bu amil təsdiq edir ki, məsələ “ordu qurucluğu” yox, məhz yeni müharibəyə hazırlıqdır. Erməni hərbçilər isə müharibəyə təkcə Ermənistanda yox, Fransada da hazırlanır”.

Diqqətə çatdırılır ki, Ermənistan və Azərbaycan arasında yeni hərbi eskalasiyada maraqlı olan oyunçular var, xüsusilə Fransanın timsalında bu daha aydın görünür: “Hazırda Ermənistan çıxılmaz vəziyyətə düşüb. Əgər sülh müqaviləsi imzalanmasa və mövcud vəziyyət uzunmüddətli davam edərsə, Azərbaycan heç nə itirmir. Çünki Qarabağda erməni separatizmi məhv edilib və Zəngəzur dəhlizinin İran marşrutuna köçürülməsi aktuallaşıb. Sülh müqaviləsi kommunikasiyaların açılması, “dalan ölkə” vəziyyətindən xilas olmaq, xüsusilə də Türkiyə üzərindən Qərbə çıxış əldə etmək üçün Ermənistan lazımdır. Hərçənd, İrəvan dilemma ilə üzləşib”.

Sonda vurğulanır ki, proseslərin inkişafı “sülh donuna” bürünmüş Ermənistanın genişmiqyaslı təxribat hazırlığı apardığını göstərir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında dekabrın 14-də Baku Tv-nin efirində və YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO