Texnologiya 18.12.2019 12:38

İrihəcmli verilənlər sahəsində fəaliyyət genişləndiriləcək – Elmir Vəlizadə

“Müasir zamanda “Big Data” adlandırılan “irihəcmli verilənlər”, “süni intellekt”, “əşyaların İnterneti”, 5G texnologiyaları kimi İKT sahəsinin yaxın gələcəkdə sahənin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir”. 

Rakus.az xəbər verir ki, bunu Bakıda keçirilən “Dövlət idarəçiliyində böyük həcmli məlumatlar” mövzusunda seminarda nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

“Bununla əlaqədar olaraq Nazirlik bu mövzularda ardıcıl olaraq tədbirlər keçirir, müzakirələr aparır, mütəxəssislərin diqqətini bu məsələlərə cəlb edir və ictimaiyyəti maarifləndirir. Bu gün də biz bu məqsədlə sizinlə birlikdəyik.

İrihəcmli məlumatlar bu gün dünyada ən çox diqqət ayrılan sahələrdən biridir. Ekspertlər rəqəmli əsrdə irihəcmli məlumatları ən qiymətli resurs hesab edirlər. Neftə sənaye dövrünün, məlumatlara isə rəqəmli əsrin məhsulu kimi baxırlar. İrihəcmli məlumatlar “yeni neft” olaraq qiymətləndirilir. Hətta bir çoxları məlumatların tükənməməsi və durmadan artması, təkrar istifadə imkanı və s. xüsusiyyətləri ilə neftdən üstün olduğunu bildirirlər.

Diqqətə layiqdir ki, 2019-cu ildə İnternetdə 1 dəqiqədə “Tvitter”də 277 min tvit göndərilir, “Google” 2 milyon axtarış sorğusu yerinə yetirir, “Facebook” 350 GB verilən emal edir, “Youtube”a 72 saatlıq video fayllar yüklənir, 100 milyon e-məktub göndərilir, 571 yeni sayt işə salınır”, – o qeyd edib.

Nazir müavini əlavə edib ki, irihəcmli məlumatlar, rəqabət qabiliyyətinin artırılması, yeni iş yerlərinin açılması, innovasiya, sosial inkişaf üçün əsas iqtisadi amillərdəndir: “Avropada məlumat (DATA) iqtisadiyyatının həcminin 2020-ci ildə 739 milyard avro olacağı gözlənilir. Bu isə ÜDM-in təqribən 4%-i deməkdir. Məhz bu səbəblər hökumətlərin irihəcmli məlumatlara diqqətini artırır. Artıq bir çox ölkələr irihəcmli məlumatların imkanlarından istifadəsi üçün strategiya və planlar qəbul edirlər. Birləşmiş Millətlər Təşkilatı, Beynəlxalq Telekommunikasiya İttifaqı, Dünya İqtisadi Forumu bu istiqamətdə təşəbbüslərlə çıxış edirlər. Ümumilikdə götürüldükdə irihəcmli verilənlər 3 cəhətinə görə digər məlumatlardan fərqlənirlər. Birincisi, həcmin böyük olması, ikinci cəhəti, yüksək sürətlə dəyişməsi, üçüncüsü isə formaca müxtəlif olmasıdır”.

E.Vəlizadə hesab edir ki, dövlət qurumlarında, özəl sektorda böyük həcmdə məlumatlar var və bu məlumatın həcmi sürətlə artır: “Bu o deməkdir ki, dünya irihəcmli məlumatlarla zəngindir və onların emalı, faydalı istifadəsi vacibdir. Bu istiqamətdə fəaliyyətdə hökumətlərin üzərinə böyük iş düşür. İlk növbədə hökumət iri məlumatların saxlayıcısıdır. Bu məlumatlar rəqəmli texnologiyalarla birlikdə hökumətin fəaliyyətinin səmərəliliyinin artırılması, xərclərin azaldılması, yeni dövlət-vətəndaş münasibətlərinin formalaşdırılması, iqtisadiyyatın stimullaşdırılması üçün yeni imkanlar yaradır. Qiymətləndirmələrə görə Avropa Birliyində irihəcmli məlumatların istifadəsi inzibati xərcləri 15-20% azalda bilər. Bu isə 223-446 milyard dollar deməkdir”.

Nazir müavini bildirib ki, Azərbaycanda da bu istiqamətlərdə müəyyən işlər aparılır: “Rəqəmli inkişaf ölkəmizin müasir dövrünün başlıca məsələlərindəndir. Odur ki, yaxın zamanlarda irihəcmli verilənlər sahəsində fəaliyyət genişləndirləcək. Ölkəmizdə rəqəmli texnologiyaların geniş tətbiqi, infrastrukturun təkmilləşdirilməsi, o cümlədən Data Mərkəzlərin yaradılması, məlumatların emalı sahəsində süni intellekt texnologiyalarının istifadəsi və kadr hazırlığı sahəsində addımlar atılır və atılacaq.

Qeyd edim ki, 2015-ci ildən ölkəmizdə açıq məlumatlar portalı fəaliyyət göstərir (https://www.opendata.az). Bu mənbədə 11 kateqoriya üzrə 9 dövlət qurumunun 650-dan çox açıq məlumat yerləşdirilib və əsasında artıq bir çox tətbiqlər hazırlanıb. Güman edirik ki, sayları çoxalmaqda olan startaplarımız bu sahəyə daha da geniş diqqət verəcəklər.

Nazirliyin tabeliyində fəaliyyət göstərən TIER III səviyyəli Data-mərkəz də öz imkanları və xidmətləri ilə ölkədə irihəcmli verilənlərin toplanılmasına və emalına öz tövhəsini verə bilər. Nəzərə almaq lazımdır ki, irihəcmli verilənlərin emalı yüksəkdəyərli qabaqcıl texnologiyaların tətbiqini, həmçinin yüksək ixtisaslı kadrlar tələb edir. Bu imkanlardan istifadənin təşkili üçün isə xidmət provayderləri yarana bilər və data xidmətləri göstərə bilər. Bu sahənin yaxın zamanda inkişafı gözləniləndir.

Dövlət idarəçiliyində “Hökumət buludu”nun təşkili də həm Data-Mərkəzin imkanlarından səmərəli istifadəyə, həmçinin qərarların qəbul edilməsi üçün dövlət informasiya sistemlərindəki məlumatlardan faydalı istifadəyə təsir edəcək.

Əlbəttə ki, bu proseslərin aparılması üçün müvafiq hüquqi bazanın təkmilləşdirilməsi də zəruridir. Burada əsas diqqət məlumatların konfidensiallığının qorunması, fərdi məlumatların mühafizəsi, məlumatların emalı zamanı etik normaların gözlənilməsi və digər hüquqi məsələlərə yönəlməlidir”.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO