İrqçiliklə mübarizəyə “Facebook” da qoşuldu
“Facebook” şirkəti afroamerikalı Corc Floydun öldürülməsindən sonra sosial şəbəkədə “irqi ədalət”in təmin edilməsi üçün tədbirlərə başlayıb.
Rakus.az xəbər verir ki, bu barədə şirkətin qurucusu Mark Zukerberq açıqlama verib.
O deyib ki, biz irqi ədaləti təbliğ etmək üçün fəaliyyətə başlamışıq: “Qaradərili cəmiyyətimizin üzvlərinə: Mən sizinləyəm. Həyatınız önəmlidir. ABŞ-da və dünyada irqi ədalətsizliyi aradan qaldırmaqdan hələ çox uzaqdayıq, amma bunu dəyişmək üçün imkanımız var və hamımız məsuliyyət daşıyırıq. İnanıram ki, platformalarımız bu işdə müsbət rol oynayacaq, amma çalışmalıyıq ki, mümkün qədər pozitiv rol oynayaq”.
M.Zukerberq söyləyib ki, “Facebook” rəhbərliyi “hakimiyyət tərəfindən güc tətbiq edilməsi təhdidləri”nin yerləşdirilməsi qaydalarını dəyişdirməyi düşünür.
Şirkət rəhbəri etiraf edib ki, sosial qaydaları pozan mesajlar üçün yeni tədbirlər hazırlana bilər: “Mövcud siyasətimiz odur ki, əgər məzmun, əslində, zorakılığı təşviq edirsə, onda düzgün qərar həmin məzmunu məhv etməkdir”.
Onun sözlərinə görə, bu vəziyyətdə siyasətçilər və ya jurnalistlər üçün istisnalar yoxdur. Bununla bağlı müzakirələr tezliklə davam etdiriləcək.