Dünya 18.04.2020 01:12

ISESCO qısametrajlı film mükafatı elan etdi

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) “ISESCO rəqəmsal ev” təşəbbüsünün “Distant mədəniyyət” layihəsi çərçivəsində qısametrajlı film mükafatını elan edib.

Rakus.az xəbər verir ki, Azərbaycan Respublikasının ISESCO üzrə Milli Komissiyasının məlumatına görə, mükafat ən yaxşı 3 qısametrajlı filmə müvafiq olaraq 8, 6 və 4 min ABŞ dolları məbləğində veriləcək.

ISESCO bu mükafatın gəncləri bədii yaradıcılığa həvəsləndirmək, onların bədii və sənədli filmlər istehsal etmək istedadlarını üzə çıxarmaq və sülh mədəniyyətini yaymaq məqsədi daşıdığını bəyan edib. Bu mükafat, həmçinin film istehsalını təşviq etmək, ISESCO-nun Qısametrajlı Filmlər Fondunu qurmaq, “həyat iqtisadiyyatı” və gələcək iş formaları, yaradıcılıq, istehsalat və iş yerlərinə dair gələcək təxminləri formalaşdırmağa kömək etmək məqsədlərinə də xidmət edir.

Müsabiqədə iştirak edən filmlər dram, sənədli, irs və folklor, bəşəri dəyərlər, sağlamlıq və ətraf mühit, uşaq filmləri, koronavirus (COVID-19) dövründəki gündəlik həyat və komediya kateqoriyalarını əhatə etməlidir.

Filmdə səsli danışıq olmadan təbii səslər və ya musiqi (təbiət və heyvan filmləri) ola bilər.

Müsabiqədə iştirak üçün təqdim olunan qısametrajlı filmin xronometrajı 4 dəqiqədən çox olmamalı, əvvəllər hər hansı başqa bir müsabiqəyə təqdim edilməməli, bəşəri, dini və ya milli dəyərlərə xələl gətirməməli, ISESCO-nun üç rəsmi dilindən (ərəb, ingilis və fransız) birində subtitr yazısı ilə verilməlidir.

İştirakçılar filmlərini [email protected] email ünvanına göndərməlidirlər.

ISESCO, həmçinin bəyan edir ki, Üzv Dövlətlərin Milli Komissiyaları və səlahiyyətli tərəfdaşlar mükafatın elan edilməsində iştirak edəcək və qaliblərin seçimi üçün münsiflər heyəti təyin olunacaq. Mükafatlar Mərakeş Krallığının Rabat şəhərində, ISESCO-nun baş qərargahında baş tutacaq xüsusi mərasimdə təqdim ediləcək.

Təqdirəlayiq haldır ki, ISESCO “Distant mədəniyyət” təşəbbüsü çərçivəsində aşağıdakı yaradıcılıq sahələrinin hər biri üzrə üç tələbəyə mükafat ayırıb: Qısa hekayə yazmaq, rəsm çəkmək; və musiqi kompozisiyası və ya digər yaradıcı məhsul yaratmaq. Mükafatlar müvafiq olaraq 6, 4 və 2 min ABŞ dolları məbləğindədir.

Mükafat üzrə nominasiyalarla bağlı suallar Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında fəaliyyət göstərən ISESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasına göndərilməlidir.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO