İŞİD-ə üzv olan azərbaycanlıların yeni siyahısı üzə çıxdı
Türkiyənin Mersin şəhərində Milli İstihbarat Təşkilatı və polisin birlikdə həyata keçirdiyi əməliyyat zamanı Suriya vətəndaşı olan terrorçu yaxalanıb.
Rakus.az xəbər verir ki, onun evində aparılan araşdırmalar zamanı ələ keçirilən bilgisayarın yaddaşına baxış keçirilib.
Bu zaman ölkələr üzrə ayrı-ayrı qovluqlara yığılmış siyahılar aşkarlanıb. Məlumata görə, bu siyahılar İŞİD terror təşkilatına üzv olanlara aiddir. Siyahılarda 81 ölkədən 3 min 846 nəfərin İŞİD-ə qoşulduğu qeyd olunub.
Bu siyahıya görə, təşkilata ən çox üzv olan şəxslər aşağıdakı ölkələrin vətəndaşılarıdır:
– 700 nəfər Səudiyyə Ərəbistanı
– 650 nəfər Tunis
– 400 nəfər Mərakeş
– 300 nəfər Almaniya və İspaniya.
Rusiya, ABŞ, Azərbaycan və Finlandiyadan da terror təşkilatına üzv olanların siyahısı tapılıb. Hazırda o siyahılar araşdırılır.
Məhsəti Şərif,
İstanbul