İŞİD-in yeni rəhbərinin adı açıqlandı
Hacı Abdullah əl-Afari ləqəbli Abdullah Qardaş İŞİD terror qruplaşmasının yeni rəhbəri elan olunub.
Rakus.az xəbər verir ki, bu barədə məlumatı anonimlik əsasında regional bir kəşfiyyatçı “Newsweek”ə şərhində məlumat verib.
“Vaxtilə mərhum lider Səddam Hüseynin rəhbərliyi altında xidmət etmiş keçmiş İraq hərbi zabitindən az şey məlum olsa da, Abdullah Kardash Bağdadi rolunu öz üzərinə götürə bilər – baxmayaraq ki, o, bu müddətdə təsirinin böyük hissəsini itirib” şərhçi bldirib.
Hacı Abdullah əl-Afari kimi də tanınan Abdullah Kardash, qrupdan ictimai rəğbət almamasına baxmayaraq, avqust ayında Bağdadi tərəfindən təyin edilib.
Kəşfiyyat rəsmisinin sözlərinə görə, Bağdadi İŞİD-in özünün elan etdiyi xilafəti Əl-Qaidə İraq bölməsindən yaratdı. Onun nüfuzlu sərt bir lider kimi rolu böyük dərəcədə simvolik hala gəldi. Bağdadi nə əməliyyatlarda, nə də qrupun gündəlik işlərində iştirak etmədi. Onun bütün rolu bəli və ya yox demək idi, amma planlaşdırma deyildi.
Qeyd edək ki, İŞİD-in qurucusu sayılan Əbubəkir əl-Bağdadi oktyabrın 27-də Suriyanın İdlib əyalətinin Barişa kəndində ABŞ hərbçilərinin keçirdiyi əməliyyat nəticəsində öldürülüb. Əməliyyatda 8 helikopter iştirak edib.
ABŞ Prezidenti Donald Trampın oktyabrın 27-də Ağ evdə verdiyi açıqlamaya əsasən, Bağdadi bir tuneldə mühasirəyə alınıb. O, bu zaman üzərindəki partlayıcını işə salıb. Nəticədə Bağdadinin özü, iki həyat yoldaşı və üç uşağı ölüb.