İspaniyada korrupsiya doğuran şirkətlər var
İspaniyaya da korrupsiya şübhəsi doğuran böyük vəsaitlər yatırılıb. Söhbət yüz milyonlarla avrodan gedir. Pullar daha çox daşınmaz əmlaka, o cümlədən Mallorka, Kanar adaları və Malaqadakı bahalı turizm zonalarında otellərə, restoranlara yönəldilib. Təkcə keçmiş yüksək vəzifəli məmurlardan birinin oğlu bu ölkəyə ən azı 70 milyon avro yatırıb.
Rakus.az xəbər verir ki, bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli bildirib.
Qeyd edib ki, AZAL–ın keçmiş idarə rəislərindən biri Bizkayada iki şirkət qurub.
Sabiq vergilər naziri Fazil Məmmədov nizamnamə kapitalı 4.5 milyon avro olan şirkət vasitəsilə Mallorkada bahalı otel alıb.
Nazir müavinlərindən birinin oğlunun və onun həyat yoldaşının adına İbizada daşınmaz əmlak şirkətləri qeydiyyatdan keçib.
Keçmiş deputat, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun içki biznesinin əsasını təşkil edən şirkət (bar və restoran işlətməsi) isə Malaqada fəaliyyət göstərir.