İsraildə dini bayramda izdiham yaşandı, 44 nəfər öldü – YENİLƏNDİ - VİDEO
İsraildə keçirilən Laq Ba-omer dini tonqal qalama mərasimi zamanı yaranmış izdiham nəticəsində ən azı 44 nəfər ölüb.
“Report” “Jerusalem Post” nəşrinə istinadən xəbər verir ki, hadisə Meron dağı yaxınlığında baş verib.
Hazırda hadisə yerində qalan minlərlə insanın təxliyyəsi üçün xilasetmə əməliyyatları davam edir.
Ölkənin Baş naziri Binyamin Netanyahu hadisəni “ağır fəlakət” adlandırıb.
İsraildə dini bayram zamanı tribunanın uçması və yaranan izdiham nəticəsində 38 nəfər ölüb.
Rakus.az xəbər verir ki, bu barədə “Qaarets” nəşri yazıb.
Hadisə Moren dağında, Laq ba-Omer bayramının keçirilməsi zamanı baş verib.
Bundan əvvəl, hadisə nəticəsində 28 nəfərin öldüyü, 50-dən çox şəxsin yaralandığı, yaralıların 20-sinin vəziyyətinin ağır olması barədə məlumat verilmişdi.