İsraildə ölənlərin sayı 277-yə çatdı
İsraildə koronavirusa yoluxanların sayı 16 650 nəfərə çatıb.
Rakus.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.
Son sutkada ölkədə 29 yeni yoluxma, 5 ölüm hadisəsi qeydə alınıb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 277-yə çatıb. İndiyədək 13 299 pasiyent sağalıb.
İctimai iaşə müəssisələrinin fəaliyyəti artıq bərpa olunub. Bundan başqa, İsraildə mayın 20-də çimərlik mövsümü rəsmi olaraq açılacaq. Mayın 19-dan 22-dək ölkə üzrə yeniyetmələr və yaşlılar maska taxmağa məcbur olmayacaq. Mayın 31-də dəmir yolu nəqliyyatı fəaliyyətini bərpa edəcək. Açıq havada 100 nəfərədək qrup halında toplaşmağa icazə veriləcək. Uşaq bağçaları, rəsmi olmayan təhsil müəssisələri və gənclərin toplandığı yerlərin fəaliyyəti bərpa olunacaq. Park və uşaq meydançaları açılacaq. Ali məktəblərin fəaliyyəti bərpa olunacaq. İdman yarışları tamaşaçısız keçiriləcək.
İyunun 14-dən teatr və knoteatrlar işləməyə başlayacaq. İnsanların toplaşmasına qoyulan qadağa götürüləcək.