“İstanbul kanalı” ilə bağlı mübahisələr artır
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bosfor boğazında su yolu ilə alternativ marşrut çəkmək layihəsi ətrafında mübahisələr getdikcə artır.
Rakus.az xəbər verir ki, Ərdoğan “İstanbul kanalı” layihəsininin hədəfinin İstanbulu qorumaq olduğunu vurğulayıb. Lakin onilliyin tikinti layihəsi adlandırılan möhtəşəm sxemlə bağlı ekoloji və maliyyə problemləri artmaqdadır.
Yağışlı soyuq gündə İstanbulda minlərlə insan Ərdoğanın kanal planına etiraz olaraq petisiya imzalamaq üçün saatlarla növbədə dayanıb.
Suna Üstün etiraz imzasını atmaq üçün 4 saat növbədə gözləyib. O bildirb ki, “İstanbul kanalı” layihəsi 8.000 illik tarixi keçmişin məhv edilməsi deməkdir. O, şəhərin bütün təbii su ehtiyatlarını və mövcud anbarları aradan qaldıracaqdır.
Amma layihəni “dəli” adlandıran Ərdoğan 12 milyard dollarlıq layihəni təbliğ etmək üçün medianı qarışdıran təbliğat videoları təqdim edir.
Videolarda yeni marşrutun sahilində yerləşən şəhər və qəsəbələr üçün düşünülmüş planlar əks olunur.
“İstanbul boğazı daim qəza təhlükəsi altındadır. Həmçinin Montreux Konvensiyasının ayrıca siyasi təhdidi də mövcuddur. Onlar istəsə də, istəməsə də, biz bu kanalı tikəcəyik” – deyə, Ərdoğan bildirib.