İstiyə görə pələnglərə dondurulmuş toyuq yedizdirilir - FOTO
Avropanın şimalında temperatur rekord həddi vurduqca, Belçika zooparkının işçiləri pələnglərə dondurulmuş toyuq yedizdirirlər.
Rakus.az xəbər verir ki, Afrikanın Sahara səhrasından qaynaqlanan qızmar yüksək təzyiq sistemi ötən ay ərzində ikinci dəfədir Avropada temperaturu yüksək səviyyəyə çatdırıb.
Temperatur Belçika və Hollandiyada rekordu qırıb və oxşar situasiya Britaniyada gözlənilir.
Almaniya və Fransada rekord istilərin cümə gününədək davam edəcəyi gözlənilir.
Meşə yanğınlarının tüğyan etdiyi İspaniyada temperatur 41 dərəcə selsiyə, İtaliyanın Sardiniya adasında 40 dərəcə selsiyə yüksəlib.
İtaliyanın 13 şəhərində rəsmilər hava ilə bağlı xəbərdarlıq verərək, əhalini istidən qorunmağa çağırıb.
Portuqaliyada 100-dən artıq yanğınsöndürən ölkədə baş verən ən iri meşə yanğınını söndürməyə cəlb olunub.
Belçikanın qərbindəki Pairi Daiza zooparkında işçilər pələnglərə içərisində toyuq dondurulmuş buz parçaları, ayılara isə buzun içərisində qarpız veriblər.
Müsafirlərə pulsuz su butulkaları paylanıb.
“Biz pandalar üçün kondisionerli mağara düzəltmişik, ancaq onlar yerin genişliyinə görə bayırda olmağa üstünlük verirlər”, – zooparakın sözçüsü Mathieu Goedefroy bildirib.
İqlim üzrə ekspertlər bu cür yüksək temperaturun Avropada yay mövsümü üçün normaya çevriləcəyindən narahatlıqlarını ifadə edirlər.