İtaliya 400 milyard avroluq təşviq paketi hazırladı
İtaliyanın Baş naziri Cüzeppe Konte yeni növ koronavirusun (COVID-19) iqtisadiyyata təsirini azaltmaq üçün 400 milyard avroluq yeni təşviq paketi hazırladıqlarını bildirib.
Rakus.az xəbər verir ki, Baş nazir bununla kiçik, orta və böyük İtaliya şirkətlərinə 400 milyard avro təcili likvidlik təmin etdiklərini deyib.
Onun sözlərinə görə, bunun 200 milyard avrosu daxili bazar üçün, digər yarısı isə ixrac üçün nəzərdə tutulub: “İtaliya tarixinin ən böyük təşviq paketinin ölkə iqtisadiyyatındakı problemləri həlli üçün önəmli addım olacağına inanırıq”.
O, daha əvvəlki 350 milyard avroluq təşviq paketi ilə birlikdə İtaliya Ümumi Daxili Məhsulunun (ÜDM) yarısı qədər iqtisadiyyata dəstək verdiklərini, strateji əhəmiyyətli bütün şirkətləri qorumaq üçün çox təsirli təşviq paketi qəbul etdiklərini bildirib.
Bundan başqa, Baş nazir bəzi vergi ödənişlərinin aprel və may aylarında dayandırılacağını da diqqətə çatdırıb.