Dünya 30.07.2020 13:26

İtaliya Senatında erməni təxribatları ilə bağlı dinləmələr keçirildi - FOTO

İtaliya Senatının Xarici işlər daimi komissiyasında Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatları ilə bağlı dinləmələr keçirilib.

Rakus.az xəbər verir ki, Azərbaycanın İtaliyadakı səfirliyinin məlumatına görə, Azərbaycanın bu ölkədəki səfiri Məmməd Əhmədzadənin iştirakı ilə keçirilən dinləmələri Senatın Xarici işlər daimi komissiyasının sədri senator Vito Petroçelli açaraq baş verən hadisələrin İtaliya Senatını ciddi narahat etdiyini və bu mövzuda müzakirələrin aparılmasının vacibliyini bildirib.

Ardınca səfir Məmməd Əhmədzadə mövzu ilə bağlı geniş təqdimatla çıxış edib. Diplomat Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərindən danışaraq, bu xüsusda ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi, Azərbaycanın tarixi torpaqlarında Ermənistan dövlətinin yaradılması, Azərbaycan əraziləri hesabına Ermənistan ərazilərinin genişləndirilməsi, azərbaycanlıların indiki Ermənistan ərazisindəki öz tarixi torpaqlarından sistematik olaraq deportasiyası, Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması barədə danışıb.

Diplomat 1988-ci ildən başlayaraq Ermənistanın ölkəmizə qarşı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ilə bağlı irəli sürdüyü yeni ərazi iddiaları, Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüz və bu təcavüzün nəticələri barədə məlumat verib. Çoxsaylı beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş sənədlərin, o cümlədən BMT Təhlükəsizik Şurasının dörd qətnaməsinin tələblərini səsləndirib, bütün bunlara Ermənistanın məhəl qoymadığı, erməni tərəfinin danışıqlar prosesini uzatmağa yönəlik destruktiv hərəkətləri, eləcə də münaqişə ilə bağlı status-kvonu məhkəmləndirmək, işğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyət və davamlı olaraq atəşkəs rejimini pozmaq cəhdlərindən danışıb.

Ermənistanın 12 iyul tarixindən başlayaraq Azərbaycana qarşı Tovuz rayonu istiqamətində həyata keçirdiyi yeni hərbi avantürası və Ermənistan rəhbərliyini buna təhrik edən səbəblər, eləcə də məqsədlər barədə danışıb. Habelə Tovuz rayonu ərazisindən Azərbaycanın enerji ehtiyatlarını Qərb ölkələrinə və dünya bazarlarına daşıyan strateji nəqliyyat infrastrukturunun, o cümlədən İtaliyaya da xam nefti nəql edən Bakı-Tbilisi-Ceyhan neft kəməri və bir neçə aydan sonra təbii qaz nəql edəcək Cənub Qaz Dəhlizinin keçdiyini bildirib, bu ərazidə Ermənistanın hərbi təxribatlarının Cənub Qaz Dəhlizinin tam gücü ilə isitismara verilməsindən bir neçə ay əvvəl baş verməsinin də təsadüf olmadığını deyib.

Eyni zamanda, diplomat Ermənistan tərəfindən mövcud hadisələrlə bağlı məlumatlar üzərində manipulyasiya etmək üçün çoxsaylı dezinformasiyaların da yayıldığını, erməni radikal qrupları tərəfindən Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinə, diplomatik heyətinə və xaricdə yaşayan azərbaycanlılara qarşı fiziki hücumlar və vandalizm aktları həyata keçirildiyini, eyni zamanda proseslərə obyektiv yanaşan xarici kütləvi informasiya vasitələrinə, nüfuzlu ictimai xadimlərə, siyasətçilərə təzyiqlər edildiyini da qeyd edib. Diplomat Azərbaycanın haqlı mövqeyinə dəstək göstərən və müvafiq bəyanatlar verən italyan parlamentarlarına da təşəkkürünü bildirib.

Azərbaycan Respublikasının Prezidentinin İtaliyaya tarixi dövlət səfəri vaxtı iki ölkə arasında imzalanmış Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannaməyə istinad edərək bu sənədlə İtaliyanın Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstəyini ifadə etdiyini və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktının təməl prinsipləri, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında nizamlanmasını dəstəklədiyini bildirib. Bundan irəli gələrək, eləcə də ATƏT-in Minsk Konfrasının ilk sədri kimi İtaliyanın institusional yaddaşa malik olduğunu, Azərbaycandakı böyük iqtisadi və strateji maraqlarını, iki ölkə arasında iqtisadi əməkdaşlığın neft və qazın tədarükü ilə məhdudlaşmadığını, son illər Azərbaycanda italyan şirkətlərinin böyük layihələrə cəlb olunduğunu, habelə İtaliyada uğurlu yerli muxtariyyət modelləri təcrübəsinin də olduğunu nəzərə alaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün İtaliyanın öz səylərini daha da artırmasının vacib və faydalı olacağını vurğulayıb.

Tədbir İtaliya senatorları tərəfindən baş vermiş hadisələrə münasibətdə şərhlərin bildirilməsi və sual-cavab sessiyası ilə davam etdirilib. Senatorların əksəriyyəti münaqişənin dialoq və danışıqlar yolu ilə nizamlanmasının vacilbiyini, münaqişənin həllində BMT Təhlükəsizlik Şurasının qətnamələrinin əsas olduğunu və İtaliyanın maraqları nöqteyi-nəzərdən İtaliya hökumətinin münaqişənin nizamlanması üçün səylərinin artırmasının əhəmiyyətini qeyd ediblər.

Öz tərəfindən, Azərbaycan səfiri senatorların sualları əsasında münaqişənin həllinə münasibətdə ölkəmizin mövqeyi, münaqişənin sırf ərazi münaqişəsi olması və ermənilərin iddia etdiyi kimi heç bir dini amilə əsaslanmadığı, beynəlxlaq ictimaiyyətin, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin münaqişənin həlli üçün səylərini artırmasının vacibliyi barədə danışıb.

Tədbir İtaliya Senatının rəsmi televiziya kanalı olan Senato TV və Senatın sosial şəbəkə profilləri üzərindən canlı olaraq yayımlanıb.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO