İtaliyada 59 mafiya üzvü həbs edildi
İtaliya karabinyerləri mafiya fəaliyyəti ittihamı ilə 59 nəfəri həbs edib. Əməliyyat Neapolun Kamorra cinayətkar təşkilatının üç klanına zərbə vurub.
Rakus.az xəbər verir ki, təhqiqat sahibkarlıq və siyasət sahəsində sıx əməkdaşlıq edən şəbəkəni ifşa edib. Həbs olunan şəxslər mafiya təşkilatı qurmaqda, seçkilərin keçirilməsi zamanı korrupsiya hallarına yol verməkdə, zorla və şantajla pul qoparmaqda, həmçinin hərraclarda dələduzluqla məşğul olmaqda ittiham edilirlər.
Onların arasında Silvio Berluskoninin “İrəli, İtaliya” partiyasından olan senator Luici Çezaronun üç qardaşı da var. Kamorra təşkilatının digər təhqiqatında adları keçən qardaşlardan ikisi ev dustağı edilib, digəri – Neapol ətrafındakı tibb mərkəzlərindən birinin sahibi isə həbs olunub.
Eyni zamanda, ümumilikdə 80 milyon avro dəyərində qiymətləndirilən əmlakların müsadirəsi də bildiriş mərhələsindədir.