Jak Şirakla vida mərasimi başladı - FOTO
Parisdəki Əlillər Sarayında (Les İnvalides) mərhum Prezident Jak Şirakla vida mərasimi başlayıb.
Rakus.az xəbər verir ki, son sosial sorğunun nəticələrinə görə Jak Şirak V Respublikanın ən yaxşı Prezidenti olub. Onun fransızlara daha yaxın olduğu qeyd edilib.
Fransızların vida mərasiminə axını nəzərə alınaraq, Əlillər Sarayı sentyabrın 30-u səhər saat 6-dək ictimaiyyətə açıq olacaq. Vida mərasiminə gələnlərə mərhum Prezidentin ailəsi onun haqqında hazırladıqları kiçik kitabçaları hədiyyə edirlər.
Vida mərasiminə 30-dək ölkənin dövlət və hökumət başçısı qatılacaq. Sentyabrın 30-da səhər saat 9:30-da Əlillər Sarayı qarşısında hərbi vida mərasimindən sonra mərhum Prezidentin tabutu Sən-Sülpis kilsəsinə aparılacaq. Orada sabiq Prezidentin ailə üzvləri və yaxınları mərhumla vidalaşacaq.