Mədəni 29.07.2019 12:30

“Jara 2019”: Təhlükəsizlik daim diqqət mərkəzində olub

Xəzər dənizinin sahilindəki ən gözəl istirahət mərkəzlərinin birində – “Sea Breeze Resort”da keçirilən “Jara 2019” Dördüncü Beynəlxalq Musiqi Festivalı başa çatıb.

Rakus.az xəbər verir ki, bu il festivalda dörd gün ərzində 200-dən çox ifaçı çıxış edib. “Jara-2019” festivalının hazırlıq işlərinə həmişəki kimi təxminən bir il vaxt sərf olunub.

Yeri gəlmişkən qeyd edək ki, festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq artisti Emin Ağalarov, Rusiyanın Əməkdar artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

Dörd gün ərzində əsl musiqi bayramı yaşanıb. İştirakçılar etiraf ediblər ki, çox festivalda iştirak etsələr də “Jara” Beynəlxalq Musiqi Festivalı çox yüksək səviyyədə təşkilatçılığı ilə digərlərindən seçilir. Festival çərçivəsində bir çox ünlü sənətçinin yaradıcılıq gecələri də təşkil olunub. İfaçılar öz repertuarlarından hit mahnıları səsləndiriblər.

Tez-tez ölkəmizdə belə möhtəşəm tədbirlərin keçirilməsi həm də təhlükəsizlik, sabitlik baxımından çox böyük önəm daşıyır. Hər bir tədbirdə olduğu kimi, “Jara”da da festival iştirakçılarının və qonaqlarının təhlükəsizliyi daima diqqətdə saxlanılıb. Bu işə cavabdeh qurumlardan biri də Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsi olub. Festival Xəzər sahilindəki istirahət mərkəzindən birində təşkil edildiyindən idarənin əməkdaşları üzərinə böyük məsuliyyət düşüb. Hər zaman insanın özünü təhlükəsiz məkanda daha yaxşı və sərbəst hiss etdiyini nəzərə alsaq, bu işə cavabdeh olanların məsuliyyətini tam anlamış olaraq. Bura gələn ünlü sənətçilər, elə də onların çoxsaylı pərəstişkarları təkcə işlərini oxumaq və dinləməklə bitmiş hesab etmir. Eyni zamanda, onlar isti yay günlərinin dadını çıxarmaq üçün dənizə də üz tuturlar. Məhz burada onların gözəl istirahətinə cavabda olan qurum Su Nəqliyyatında Polis İdarəsi olub. İdarənin 10-dan çox əməkdaşı növbəli iş rejimində əraziyə tam nəzarət edib. Dövlətçiliyimizin keşiyində duran polislərimiz hər zaman olduğu kimi yenə də öz vəzifələrinin şərəflə, vicdanla yerinə yetiriblər.

Demək olar ki, hər gün internet saytlarında öz peşəsinə sadiqliyi ilə seçilən, işinin məsuliyyətini anlayan, dövlətə və dövlətçiliyinə xidmət edən, insanlara köməklik göstərən, cinayətkarlara qarşı amansız olan polislərimiz haqqında müxtəlif yazılara rast gəlir və onları oxuyuruq. Bu sırada su polisinin də öz payı var. Əgər belə olmasaydı “Su polisi əməkdaşları uğurlu əməliyyat keçiriblər”, “Su polisi balıqçının həyatını xilas etdi”, İntihar etmək istəyən şəxsin həyatı su polisi əməkdaşları tərəfindən xilas olunub”, “Dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs su polisi tərəfindən xilas edilib” kimi sərlövhələrə rast gəlməzdik.

Onlar həmişəki kimi, bu dəfə də “Jara” festivalında sayıqlıqlarını itirmədilər. Bəlkə də festivalda olanların çoxu onların bu fədəakarlıqlarından xəbərsizdir. Bu, heç də onlar üçün önəmli deyil, əsas görülən iş və uğurlu nəticədir. Onlar öz işlərini hər zamankı kimi günü 24 saatında, isti, külək, yağış və soyuq bilmədən vicdanla yerinə yetirirlər. Bir sözlə “Jara”nın istisi onları yormadı.

Xatırladaq ki, ildən-ilə coğrafiyası genişlənən bu festivalın növbəti ildə Dubayda ikinci dəfə, eləcə də Almaniya, Amerika və Belarusda keçirilməsi nəzərdə tutulur. (AZƏRTAC)

 

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO