Hadisə 05.10.2020 12:46

Kamran Əliyev dünya dövlətlərinə müraciət göndərdi

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev 04 oktyabr 2020-ci il tarixdə ABŞ, Kanada, Avstraliya, Almaniya, Rusiya, Gürcüstan, Ukrayna, Belarus, Özbəkistan, Uruqvay, İraq, İran, Argentina, Braziliya, Bolqarıstan və Polşanın Baş prokurorlarına, eləcə də Livan, Yunanıstan, Suriya və Fransa ədliyyə nazirlərinə rəsmi müraciət edib.

Rakus.az xəbər verir ki, Baş Prokurorluqdan verilən məlumata görə, müraciətdə bildirilib ki, Ermənistan Respublikasının rəhbərliyinin dövlət terroru siyasətinə bağlılığının sübutu olaraq bu ilin sentyabrın 27-dən etibarən Ermənistan tərəfindən atəşkəs rejimi kobud şəkildə pozulmaqla əsasən dinc əhalinin sıx yaşadığı ərazilər, xəstəxanalar, məktəblər, uşaq evləri ağır artilleriyadan atəşə tutularaq mülki infrastruktura külli miqdarda ziyan vurulub, 04 oktyabr 2020-ci il tarixdən başlayaraq döyüş bölgəsindən uzaqda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə, o cümlədən strateji sənaye əhəmiyyəti daşıyan Beyləqan və Mingəçevir şəhərlərinin yaşayış məntəqələri raket və mərmilərlə atəşə tutulmuş, nəticədə ölən və yaralananlar var.

Azərbaycan Respublikasının Silahlı qüvvələri tərəfindən əks-hücum tədbirlərinin görülməsi nəticəsində erməni silahlı qüvvələrinin öz mövqelərini itirmələri səbindən, yeni canlı qüvvə toplamaq məqsədi ilə Ermənistan xarici ölkələrdə yaşayan erməniləri silahlı qarşıdurmada iştirak etməyə çağırıb.

Kütləvi informasiya vasitələrində təxminən 1000-ə yaxın etnik ermənilərin Azərbaycan Respublikasının ərazisinə gəlmələri və ya gəlmək istədikləri barədə məlumatlar yayılıb.

Qeyd edilib ki, BMT-nin Təhlükəsizlik Şurasının 2178 (2014) saylı qətnaməsində “xarici terrorçu döyüşçülər” termini ilə digər ölkələrdə terror aktlarının təşkilində, həyata keçirilməsində iştirak edən şəxslər müəyyən ediliblər.

Xarici dövlətlər nəzərə almalıdırlar ki, bu kimi “erməni könüllüləri” döyüş bacarıqlarını əldə etdikdən sonra yaşadıqları dövlətlər üçün real təhlükə mənbəyinə çevrilə bilərlər.

Həmçinin müraciətdə qeyd olunan ölkələrdə çoxsaylı erməni diasporasının mövcud olmasını, həmin diasporanın nümayəndələri tərəfindən “erməni könüllülərinin” daşınmasının təşkil edilməsi nəzərə alınmaqla ölkə vətəndaşlarının kütləvi şəkildə Ermənistan Respublikasını ziyarət etmələrinə xüsusi diqqət yetirilməsi, eyni zamanda xarici ölkələrin ərazisindən terroristlərin Azərbaycan Respublikasına daşınmasının qarşısını alınması üçün preventiv tədbirlərin görülməsini və həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilmələri xahiş edilib.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO