Keniyada ABŞ-ın 3 hərbçisi öldürüldü
“Əl-Şəbab” ekstremist qruplaşması ABŞ-ın Keniyadakı anti-terror qüvvələrinin hərbi bazasına hücum edərək, ABŞ Müdafiə Nazirliyinin üç əməkdaşını öldürüb.
Rakus.az xəbər verir ki, ordunun bildirdiyinə görə, Manda Beydəki hava limanına hücum zamanı Birləşmiş Ştatlara məxsus bir neçə təyyarə və nəqliyyat vasitəsini sıradan çıxaran “Əl-Qaidə” ilə əlaqəli qrupun Şərqi Afrika ölkəsində ABŞ qüvvələrinə qarşı ilk hücumu olub.
Keniyanın hərbi sözçüsü qarşıdurma zamanı beş hücumçunun öldürüldüyünü bildirib.
Somalinin “Əl-Şəbab” qrupu Birləşmiş Ştatlar və Keniya hərbi qüvvələrinin istifadə etdiyi bazaya hücumun məsuliyyətini öz üzərinə götürüb.
Keniya-Somali sərhədi boyunca sahil Lamu şəhərindəki hərbi bazadan qara tüstü yüksəldiyini görmək olub.
Afrikadakı AFRICOM olaraq tanınan ABŞ hərbi komandanlığ, tüstünün bir hissəsinin bazadakı avadanlıqların məhv edilməsindən qaynaqlandığını deyib.
“Əl-Şəbab” bəyanatında bazanın bir hissəsini nəzarəti altına aldığını və hücum zamanı itki verdiyini bildirib.